İlyas Tapdıq
Heç vaxt qısqanmadı adını mənə
Böyük yazıçımız İlyas Əfəndiyevə
«İşıqlı yollarla» çıxdı bahara –
Könlündən süzüldü «Bahar suları».
Gələcəyə körpü çəkdi xəyalı,
Calandı kağıza arzuları.
Hər təzə əsəri bir nəğmə kimi
Qurdu yuvasını milyon ürəkdə.
«Söyüdlü arx»ının suyu qurumaz,
Söyüdlər saçını sərər küləkdə.
Ulu peyğəmbərdən ad almışdı o,
Bir övlad gözündə görürdü məni.
Məhəbbət, insanlıq ləyaqətilə
Qazandı xalqının məhəbbətini.
2010