İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Zahid Xəlil

Sənin kitablarını cehiz verir analar

İlyas Əfəndiyevə

 

Dünya öz işindədi,
Öləni, itəni var.
Yaddaşdan silinəni,
Şam kimi bitəni var.

Sən ulu vətənimdə
Bitdin bir çinar kimi
Sözlərin çiçəklədi
Yazda gilənar kimi.

Xalqın söz dünyasına
Altmışlarda gəldi yaz.
Doğdun dan ulduzu tək
Ey, Əfəndiyev İlyas!

Gülşənində min çiçək
Hər sözündə bahar var
Ürəyinin sevgisi
Coşğun sel kimi çağlar

Obrazların parlayır
Ümid çırağı kimi.
Əsərələrin çağlayır
İsa bulağı kimi.

Nəğmə kimi oxuyur
Hər kəlməni sonalar.
Sənin kitablarını
Cehiz verir analar.