İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Mərkəz Qacar

Yoxdur bənzər

İlyas Əfəndiyevin xatirəsinə

 

Sənət aləminin nəhəngi idi,
Ömür sürdü, yaratdı, iz qoydu getdi.
Böyük səhnəmizin çələngi idi,
Əbədi yaşayan söz qoydu getdi.

Obrazlar yaratdı unudulmayan,
Müasir dramın öndəri oldu.
Birinci, sonuncu amalı – insan!
Naqislik həmişə kədəri oldu.

İnsana xoşbəxtlik, saflıq dilədi,
Ellər də səs verdi onun səsinə.
Səmimi tənqidlə saflıq çilədi,
Bir gün «Atayevlər ailəsi»nə.

Sənət dəryasında üzdü dərinə,
Yurda xidmət oldu xoş arzuları.
İllənən, iylənən göllər yeinə
Daim axıb doldu «Bahar suları».

Özü də sadəydi, sözü də sadə,
Rübabı oxudu xalqın dilində.
Ona həmdəm idi dözüm, iradə,
Şöhrəti dolaşdı doğma elində.

Əsərlər yaratdı ölməz, əbədi,
Cəfər sənətini yaşatdı müdam.
Küləklər heç vədə söndürəmmədi,
Axı, əbədiydi yandırdığı şam.

Ürəkdə daima yaşayacaqdır,
İlyas sənətinin yoxdur bənzəri,
İnsandan uzağa daşıyacaqdır
Riyanı, yalanı, nifrəti, şəri.