Hidayət Nur
Ay dədə İlyas
Ölməz dramaturq İlyas Əfəndiyevin əziz xatirəsinə
Sadə ömür sürdün, sadə dolandın,
Könüllərdə qalan əsərlər yazdın.
Əbədilik, daimilik qazandın,
Ölməz sənətkarsan, ay Dədə İlyas.
Yazdığın əsərlər qəlblərdə qaldı,
Ölməz surətlərin səhnədə qaldı.
Mahnıların bizim dağlarda qaldı,
Ölməz sənətkarsan, ay Dədə İlyas.
Səhnəmizə yeni nəfəs gətirdin,
Yeni duyğu, yeni həvəs gətirdin.
Tanrı deyən işıqlı səs gətirdin,
Ölməz sənətkarsan, ay Dədə İlyas.
Səni əsərlərin, yaşadacaqdır,
Dünya dəyişsə dəo, qalacaqdır.
Nə qədər ki, xalqın yaşayacaqdır,
Ölməz sənətkarsan, ay Dədə İlyas.
Xeyirxah işlərin yaddan çıxarmı?
Səhnədə mizanın heç pozularmı.
İlyas Əfəndiyev unudularmı,
Ölməz sənətkarsan, ay Dədə İlyas.
6 oktyabr 1999