Nəriman Həsənzadə
Poylu - beşiyim mənim
(Poemadan parça)
… Məni İlyas Əfəndiyev qarşılamışdı,
teatra gəlişimi alqışlamışdı.
Mənim şeir dilimi də o xoşlamışdı.
Tamaşaçım olub mənim böyük sənətkar,
ondan «İlyas teatrı» qaldı yadigar.
Ustad özü Şekspirə: «Ustad!» - deyirdi,
yazıçıya «Yaz» demirdi, «Yarat!» - deyirdi,
aktyora: «Yatanları oyat!» - deyirdi.
O da bəlkə bizim kimi adi bəşərdi? –
sənətindən söz düşəndə dahiləşərdi.
Katib idi, qoyub getdi ərizəsini,
vəzifədə ölən tutdu vəzifəsini.
Xalqa dedi ilk sözünü, son nəğməsini,
Mərahimin 1 mizanları kəşf idi bəzən,
O da baxıb sevinirdi, de yirdi: «Əhsən!»
Sən kimləri yola saldın, ey gidi dünya,
bizə şəhid gedənlərin şahidi dünya.
Mənim qədim əcdadımın əcdadı dünya,
mənim «Poylu beşiyim»in beşiyi dünya,
evsizlərin evi dünya, eşiyi dünya.
1. Rejissor Mərahim Fərzəlibəyov.