İlyas Tapdıq
İlyas dədə
Yazdıqca yazdın,
Min bir sınaqdan çıxdın.
Ana yurda öz evin,
Bağın-bağçantək baxdın.
Əzizlədin mərdləri,
Namərdə yol açmadın.
Heç kəsin ürəyini
Köntöy sözlə sancmadın.
Əfəndilər çox idi –
Baş əfəndi sən oldun.
Vətənin dərdlərilə
Qəlbin, fikrin tən oldu.
Nə yazdınsa, oxucun
Oxuyanda şən oldu.
Əsl sənət övladı,
Ustadların ustadı
Sayıldın İlyas dədə.
Sən mənə «adaş» dedin,
Mən sənə «ata İlyas».
Adına layiq olub
Etmədi xata İlyas.
Zəmanəyə dov gəlib
Yetdi murada İlyas.
Önündə baş əyəcək
Böyük ustada İlyas,
O yaddan çıxa bilməz –
Düşəcək yada İlyas!
Unudulmaz heç vədə –
Bu günün, həm sabahın
Oğludur İlyas dədə!
1997