İLYAS ƏFƏNDİYEVİN AFORİZMLƏRİ
Teatr həmişə mənəvi yüksəliş aynası olmuşdur
.............................................................................................................................................
Əgər kiçik lirik şeir həqiqi sənət əsəridirsə o heç zaman ictimai fikirdən kənarda qala bilməz.
.............................................................................................................................................
Əsrlərin sınağından çıxmış lirika həqiqi sənətin qanadıdır, ruhudur.
.............................................................................................................................................
Əgər sən istedadlısansa, amma zəif, ortabab əsər yazmısansa, tarix, zaman, gələcək nəsillər səni bağışlaya bilərlər. Lakin sən xalqın sənətkarı olmaq iddiasındasansa, yalan yazırsansa taledən
möcüzə, imdad gözləmə.
.............................................................................................................................................
Tam inkişaf etdikdə insan təbiətə yaxınlaşır, onun sirlərinə daha dərindən valeh olmağa başlayır,
özünü və özü ilə bağlı olan cəmiyyəti daha dərindən dərk edir.
.............................................................................................................................................
Əgər əsər qurudursa, oxucuda heç bir emosional təsir oyatmırsa, demək əsər deyil və bu barədə danışmağa dəyməz.
.............................................................................................................................................
Bizim baş mövzumuz insanın gələcək uğrunda
fəaliyyətidir.
.............................................................................................................................................
Anlaşılmayan, izah edilə bilməyən novatorluq yoxdur. Yalançı novatorluq istedadsızlıq əlamətidir.
.............................................................................................................................................
Xalqın ümumi idealı ilə bağlı olan, onun həyatına işıq saçan hər bir yazı tərzi, hər bir janr xeyirlidir.
.............................................................................................................................................
Yazıçının hər şeydən əvvəl, istedadı olmalıdır, bu bir; yüksək savadı olmalıdır – yəni dünya ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç.
.............................................................................................................................................
Bədii dil yazıçı istedadının aynasıdır. Sənətdə istedad - yalnız insana, heyvana, bitkiyə deyil, daşa, torpağa, qumlu çöllərə, okeanı yerindən oynadan fırtınalara da can, ruh verməkdir.
.............................................................................................................................................
Vicdan rahatlığı hər şeydən gözəldir.
.............................................................................................................................................
İstəksiz, məhəbbətsiz həyat gec-tez ikiüzlülüyə, saxtakarlığa, yalana çıxaracaq.
.............................................................................................................................................
O evdə ki, səmimiyyət yoxdur, orada həyat yoxdur.
.............................................................................................................................................
Vətən borcu, Vətən şərəfi o qədər böyük, o qədər müqəddəs bir hisdir ki, ona əmr etmək olmaz.
.............................................................................................................................................
Bəşəriyyətin tarixi təkrar-təkrar göstərir ki, xalqı və onun azadlığını öldürmək, məhv etmək olmaz.
.............................................................................................................................................
İstər elmdə, istərsə də sənətdə irəliyə, yüksəlişə doğru yolu həmişə böyük istedadlar açmışlar.
.............................................................................................................................................
Tənqidçi həqiqi sənətkarı onun özündən də dərin duyub dərk etməlidir. Onu kəşf etməlidir (əgər yazıçı bu kəşfə layiqdirsə).
.............................................................................................................................................
Hansı formada yazırsansa yaz, lakin sənətkarlıqla, ürəklə yaz. Həyatı, onun doğurduğu psixologiyanı duyaraq, onun dərinliklərinə nüfuz edərək yaz.
.............................................................................................................................................
Həqiqi sənətkarın qarşısında onun mənsub olduğu xalqın həyatı bir dərya kimi dayanmışdır.
.............................................................................................................................................
Vətən məni köməyə çağırır. Mən onun övladıyam. Mən onun çağırışına çatmasam cəhənnəmlərə
məhkum bədnam bir məxluq olaram.
.............................................................................................................................................
Əgər yeddi canım olsaydı onun yeddisini də Vətənə qurban verib məhəbbətimdən keçməzdim. Lakin böyük yaradan bizə bir can verib.
.............................................................................................................................................
Dünyada böyük ədəbiyyatlar da, böyük sənətkarlar da çoxdur. Lakin hər bir həqiqi sənətkarı yaşadan,
birinci növbədə onun əsərləri və xalqıdır.
.............................................................................................................................................
Sənətdə qəlbin, ürəyin odu sənətkarın istedadıdır, qəlbləri riqqətə gətirən, ya qəzəbləndirən də bu
əsrarəngiz qüvvədir.
.............................................................................................................................................
Azərbaycan xalqı nəcib olduğu qədər də istedadlıdır, cəsurdur, mərddir.
.............................................................................................................................................
Öz Vətəninin keçmişini, indisini bilməyən, sevməyən adam ləyaqətli, bütöv insan ola bilməz.
.............................................................................................................................................
Sənətdə dahiliyin birinci sirri səmimiyyətin, ağıl və ehtirasın dərinliyində, idealın humanist
mahiyyətindədir.
.............................................................................................................................................
Həqiqi gözəllik üçün vicdan rahatlığı, vicdan saflığı lazımdır. Gözəllik həyatın ahəngidir, o
saxtakarlıqla uyuşa bilməz.
.............................................................................................................................................
Müasir mövzu həqiqi, canlı, dolğun həyat deməkdir. Müasir mövzu müasir istedadlar
deməkdir.
.............................................................................................................................................
Məsələ əsərin həcmində deyil, onun bədii dəyərində, ictimai mənasındadır.
.............................................................................................................................................
Azərbaycan ədəbiyyatı – tarixi, kökü olan bir ədəbiyyatdır. Bayağı ədəbiyyat isə zamanın hökmü
ilə ölümə məhkum olur, yəni o ötəridir, əbədi deyil.
.............................................................................................................................................
Müəllif öz adına və oxucuya hörmət etməlidir.
.............................................................................................................................................
Bədii formaları əbədi, sabit meyarlar kimi qəbul etmək olmaz.
.............................................................................................................................................
Hər bir sənətkar üçün mütaliə, müasir elmlərə, dünya ədəbiyyatına bələd olmaq, onun istedadı
qədər vacib və zəruridir.
.............................................................................................................................................
Müasirlik sənətin mayasıdır.
.............................................................................................................................................
Keçilmiş yollardan keçənlərin izi çətin seçilər və tezliklə silinib gedər.
.............................................................................................................................................
Dahi sənətkarların həqiqi varisi xalqdır
.............................................................................................................................................
Yazıçılıqda novatorluq, yeni yazı manerası və başqa cəhətlərlə bərabər, eyni zamanda yeni
insan xarakterləri kəşf etmək deməkdir.
.............................................................................................................................................
Öz xalqının ruhunu ifadə etməyən əsər başqa xalqlara da təsir edə bilməz.

|