Vəfa Əliyev Xanoğlan oğlu filologiya elmi üzrə fəlsəfə doktoru. Dosent.
1930 - 1990-cı illərin ədəbi prosesində həm şəxsiyyəti, həm də özünəməxsus yaradıcılığı ilə mühüm rol oynamış görkəmli sənətkarlarımızdan biri xalq yazıçısı İlyas Əfəndiyevdir. Sosialist realizminin prinsip və vərdişlərinin ədəbiyyatda və nəzəri metodologiyada mövcud olduğu bir dövrdə müqtadir sənətkarımız çox-çeşidli yaradıcılığı ilə ədəbi prosesə yeni bir ab-hava gətirdi. Xalq yazıçısı sovet rejiminin normativ sxemlərinə məhəl qoymayaraq öz fitri istedadı ilə yazdığı əsərlərində insanın mənəviyyatından, onun daxili hiss və duyğularından, humanist dəyərlərdən çıxış etdi.
Professor Şamil Salmanovun elmi qənaəti daha dəqiqdir: «İ.Əfəndiyev nəinki iştirakçısı olduğu bu prosesin qabaqcıl, cəsarətli meyillərini əsərlərində təmsil edir, həm də əsərləri, bütün yaradıcılığı bu mənada müasir ədəbi prosesə əzəmi miqyasda təsir göstərir, onu istiqamətləndirirdi».
İlyas Əfəndiyev XX əsr Azərbaycan nəsrinin və dramaturgiyasının, ədəbi dilinin və teatr sənətinin inkişafinda xüsusi yeri olan sənətkardır. Qüdrətli sənətkarımız Sovetlər İttifaqı dövründə heç bir zaman Kommunist Partiyasının üzvü olmadı və bu partiyanın üzvü olmamaqdan da bir qürur duydu. O, qürurlu bir şəxsiyyət olaraq dövrün hakim ideologiyasına boyun əymədi, yüksək vəzifədə gözü olmadı (hətta təklif olunan vəzifələrdən də imtina etdi), iş otağındakı kreslo onun üçün ən yüksək vəzifə kreslosu oldu. Bunun nəticəsidir ki, yazıçının heç bir əsəri dövrün hakim siyasi ideologiyasının prinsiplərinə uymadı.
İ.Əfəndiyevin nəsri sovet nəsrinin şosioloji şablonlarını dağıtdı, sosialist realizminin estetik ehkamları ilə düz gəlməyən, xalq həyatının milli – mənəvi mənafeləri baxımından təcəssüm etdirən nəsr təmayülü yaratdı və ədəbiyyatımıza lirik-psixoloji üslub gətirdi. Xalq yazıçısının dram əsərləri ilə yeni rejissor, aktyor, bəstəkar və rəssam nəsli formalaşdı. «İlyas Əfəndiyev teatrı»nın fəlsəfı-estetik və fıkri-bədii təravəti bu gün də oxucuların və tamaşaçıların vətənpərvərlik hissinin və estetik zövqünün formalasmasına öz təsirini göstərir.
İ.Əfəndiyev özünəməxsus cəsarətlə bədii əsərlərində və müsahibələrində azadlığımızı, milli müstəqilliyimizi, xalq həyatını azərbaycançılıq və türkçülük məfkurəsi ilə təcəssüm etdirərək XX əsr Azərbaycan ədəbiyyatının klassikinə çevrildi.
İ.Əfəndiyev qüdrətli şəxsiyyəti, fenomenal bütövlüyü və zəngin yaradıcılığı ilə müasirlərinə, xüsusilə ədib və şairlərə, ümumiyyətlə ziyalılara milli sənətkar mədəniyyətinin nümunəsini göstərdi. Onun həyatı və şəxsiyyətinin özü bütöv bir ədəbi-tarixi epoxadır.
Elçin yazır: «İlyas Əfəndiyevin bədii əsərlərindəki cəsarəti daima yeniliyə meyli, yeni mövzular qaldırması, psixoloji dərinliklərə varmaq ehtirası onun isiedadına, həyatdakı cəsarəti isə xarakterinin xüsusiyyətlərinə söykənmişdi».
Yazıçının bədii əsərlərində qəhrəmanların ən çox daxili aləmləri, hiss və duyğuları, kədər və sevincləri yüksək bədiiliklə təsvir edilirdi. Bu qəhrəmanlar daim yenilik hissi ilə yaşayır. Öz əməllərilə insanların mənəvi dünyasına işıq salırlar. Akademik Bəkir Nəbiycv haqlı qeyd edir ki, «Leninə, Stalinə, sosializmə, partiyaya dair şüar və şit təriflərlə dolu olan bu cür yalanlardan tamamilə fərqli olaraq İ.Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə məhz ədəbi, milli-mənəvi dəyərlər, yüksük bəşəri ideallar işığında təqdimindən və tərənnümündən ibarətdir».
İ.Əfəndiyev XX əsr Azərbaycan nəsrinə lirik-psixolojı üslub gətirib. O, 50-ci illərin sonunda yeni Azərbaycan nəsrinin bədii-fəlsəfi əsaslarını yaradan ədiblərin önündə gedirdi. M.Hüseynin «Yeraltı çaylar dənizə axır», M.İbrahimovun «Böyük dayaq», İ.Hüseynovun «Yanar ürək», S.Əhmədlinin «Dünyanın arşını» əsərləri ilə birlikdə nəsrı sosioloji ehkamların məngənəsindən xilas cdən,: sovet əxlaq normalarına qarşı milli mənəviyyatı qoyan əsər İ.Əfəndiyevin «Söyüdlü arx» romanı idi.
İ.Əfəndiyevi adı çəkilən ədiblərdən fərqləndirən bu idi ki, həmin yazıçılar sosioloji üslubdan tam xilas ola bilmədilər, İ.Əfəndiyev isə inadkar bir əzmlə yeni nəsrin poetikasını yaratdı. Onun nəsri sozün həqiqi mənasında 60-cı illər nəsli üçün bədii-fəlsəfi örnək oldu. XX əsrin sovet dönəmində bütün ədəbiyyat ağız-ağıza verib sosializmin, əfsanəvi kommunizmin cahanşümul qələbələrini vəsf və mədb etdiyi bir dövrdə İ.Əfəndiyevin sənətkar nəfəsi oz kövrək-romantik addımları ilə insanın qəlbinə daxil oldu, onu məhəbbətlə fəth etdi və bu İNSAN-ı sosioloji ehkamların məngənəsindən xilas etdi.
İ.Əfəndiyev adları bütün Azərbaycan tamaşaçılarının qəlbinə əbədi həkk olunmuş dram əsərləri ilə səhnədə elə bir səltənət yaratdı ki, sovet ideologiyası bu «büllur saray»a daxil ola bilmədi, bu səltənətin, bu büllur sarayın hakimi öz daxıli aləminin saflığını qoruyan İNSAN milli Azərbaycan türkü idi. Altmış illik yaradıcılığı dövründə İlyas Əfəndiyev altı roman «Söyüdlü arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasında üç dost» (1963), «Sarıköynəklə Valehin nağılı» (1976), «Geriyə baxma, qoca» (1980), «Üçatılan» (1981), beş povest - «Kənddən məktublar» (1939/, «Aydınlıq gecələr» (1941), «Torpağın sahibi» (1952), «Qaçaq Süleymanın ölumü».(1993), «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» (1996), qırx yeddi hekayə, bir çox oçerklər, xatirələr yazıb.
İ.Əfəndiyevin yazdığı 20 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatr təfəkkürünün inkişafina güclü təsir göstərib. Azərbaycan teatr poetikası bədii-estetik siqlətini geniş anlamda «İlyas Əfəndiyev teatrı»nda tapdı.
Görkəmli ədəbiyyatşünaslar, nəzəriyyəçilər və sənət xadimləri İ.Əfəndiyevin yaradıcılığı haqqında monumental monoqrafiyalar, tədqiqat əsərləri, elmi-nəzəri məqalələr, tamaşalarına resenziyalar yazıb və qüdrətli sənətkarın yaradıcılığını xalqımızın tarixi taleyi kontekstində tədqiq edərək qiymətləndiriblər. İ.Əfəndiyev qüdrətli bir şəxsiyyət kimi öz fenomenal bülövlüyünü həyatı boyu qoruyub saxlayıb. Vətənsevərliyi, mərdliyi, xeyirxahlığı, həqiqətə, ədalətə tapınması, sözü üzə deməsi, təəssübkeşliyi, ədəbiyyata, sənətə qəlbən bağlılığı və əbədiyaşar əsərlərilə o, bu gün də yaşayır.
|İlk hekayələrini bir qədər əvvəl yazsa da, İ.Əfəndiyev ədəbiyyat tarixinə XX əsrin ən keşməkeşli bir dövründə - 1939-cu il-də «Kənddən məktublar» kitabı ilə daxil oldu.
Bu, ziyalılar, xüsusilə yazıçı və tənqidçilər üzərində repressiyaların tüğyan etdiyi, cəmiyyətdə satqınlığın, donosbazlığın baş alıb getdiyi bir dövr idi. İ.Əfəndiyev belə bir dövrdə əzm və inamla, başlıcası isə bənzərsiz istedadı və şəxsiyyəti ilə ədəbiyyata gəldi, nəinki sözün,: ümumiyyətlə, insanın ucuzlaşdığı bir dövrdə bədii sözü urvata mindirdi, bədii fikrin diqqət və istiqamətini insan şəxsiyyətinə, onun daxili-mənəvi aləminə yönəltməyə nail oldu. Totalitar sovet rejimi çökəndən sonra, arxivlərə yol açılanda məlum oldu ki, İ.Əfəndiyev repressiyalardan üzüağ, alnıaçıq çıxıb. Beləliklə, o, bütün ömrü boyu onun nəslinə, vətəninə yad gözlə baxmış amansız ideologiyaya boyun əymədi, əksinə, bütün ömrü boyu milli yazıçı olaraq qaldı.İ.Əfəndiyev heç bir zaman Kommunist Partiyasının üzvü olmayıb. Bolşeviklərin ailəsinə verdiyi əzab-əzıyyəti, sitəmi o, əsərlərində dönə-dönə xatırlayıb. Xalq tərəfindən həmişə məhəbbətlə sevilən İ.Əfəndiyev dövrün hakim ideologiyasına boyun əymədi. Yazıçıya dövrün ideoloji hücumları da oldu. Bəzi əsərlərinə haqsız tənqidlər də yazıldı. Lakin o, öz kredosuna sonadək sadiq qaldı. İnam və inadla öz yaradıcılığını davam etdirdi. Bu inam və inadı artıran isə ədəbi ictimaiyyətin və oxucuların böyük dramaturqun yaradıcılığına olan tükənməz məhəbbəti idi. Elçin yazır: «İlyas Əfəndiyevin kimisə «ifşa» etməsinə, sonralar peşmançılığını çəkəcəyi, cürbəcür bəraət bəhanələri gətirməyə məcbur olacağı hansısa bir «ifşa» məklubuna (o zamanın geniş yayılmış «ədəbi janrına») imza atmasına rast gəlməmişdim. O dövrün ədəbi-ictimai həyatını öyranənlər bu faktın nə demək olduğunu daha yaxşı qiymətləndirə bilərlər (və qiymətləndirirlər!). Amma onu «ifşa» cdən yazılar var».
Bu, bir tarixi faktdır ki, örmü faciələr burulğanında keçən ölməz dramaturqumuz H.Cavidi müdafiə eləyən yeganə məktubu da xalq yazıçısı İlyas Əfəndiyev yazıb: «Cavidi azad etmək lazımdır,:çünki xalq onsuz da onu sevir, onu unutmayıb, ürəyində gizlin saxlayıb, onu oradan çıxarmaq mümkün deyil. Cavid azad olunsa, respublikada vətənpərvərlik ruhu da yüksələr?... Bir zamanlar İ.Əfəndiyevin dayısı, tanınmış teatr xadimi Cəlil bəy Bağdadbəyov da Rza Təhmasibin xalq düşməni kimi tanınmasında israrlı olan buyruq qulunun üzünə qələm və kağızı çırparaq həmin imza etməkdən imtina edib. Dramaturqun tənqidi məqalələri, əsasən dramaturgiya, teatr, kino sənəti, bütövlükdə mədəniyyət problemlərinə həsr olunub. O, həm də ayrı-ayrı sənət xadimləri haqqında geniş fəlsəfi esselər də yazıb. Onun sənətə və mədəniyyət məsələlərinə həsr etdiyi məqalə və resenziyaları bədii-estetık siqləti, aktuallığı və məna tutumu ilə fərqlənir. Bu səpkidə məqalələr sənətşünaslıq elmimizdə estetik təravəti ilə seçilir. Ədibin yeddinci cildinə onun 95 məqaləsi və 14 geniş müsahibəsi daxil edlilib.
İ.Əfəndiyevin dramaturgiyası teatr tariximizdə yeni rejissor və aktyor nəslinı formalaşdırdı. Görkəmli sənət adamları sənət talelərindəki uğurlara görə bu böyük şəxsiyyətin həm özünün, həm də dramaturgiyasının müstəsna rolundan fərəh hissiylə söz açırlar. Dramaturqun yaradıcılığında Cənub mövzusu xüsusı tədqiqat obyektidir. «Unuda bilmirəm» əsərilə bu mövzu ilk dəfə olaraq səhnəmizdə öz bədii təcəssümünü tapdı. Ədəbiyyatda, ümumən ictimai fıkir tariximızdə bu mövzu qadağan olduğu bir dövrdə səhnəyə gəldi. Bu əsərə müxtəlif təzyiqlər olsa da, 17 il repertuardan düşmədi və 500 dəfədən çox tamaşası oldu.
|İ.Əfəndiyevin tarixı dramlarında əsas aparıcı xətt qəhrəmanlıq motivləridir. Onun keçən əsrin 70-90-cı illərində qələrnə aldığı «Mahnı dağlarda qaldı» (1971)., «Natəvan» (1881), «Şeyx Xiyabanı» (1986). «Sevgililərin cəhənnəmdə vüsalı» (1989), «Tənha iydə ağacı» (1991), «Dəlilər və ağıllılar» (1992). «Hökmdar və qızı» (1994) tarixi dramları tarixə yeni təfəkkürlə yanaşması, yenı münasibəti, xalqımızın öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır.
İlyas Əfəndiyev XX əsr Azərbaycan nəsrinin, dramaturgiyasının ədəbi dilinin və teatr sənətinin inkişafında xüsusi yeri olan sənətkardır. Qüdrətli qələm sahibi ədəbi dilə və müqəddəs əlahəzrət Sözə yüksək qiymət verirdi: «Ədəbi dilimizin inkişafında ən mühüm vəzifələrdən biri, əlbəttə, yazıçıların, şairlərin üzərinə düşür. Yazıçı üçün dil onun ürəyinin tərcümanıdır. Ədəbiyyata gətirilən sözü yazıçı elə işlətməlidir ki, o, hamı üçün anlaşıqlı olsun. Xalqın ruhu ilə, canlı danışıq dili ilə mayalanmış əsərlər həmişə ümumxalq məhəbbəti qazanır». İ.Əfəndiyev həmişə oxunan və sevilən sənətkardır. O, Sovetlər İttifaqı dönəmində gündə bir havaya oynayan, yalnız hakim ideologiyanın sifarişi ilə «əsərlər» yazan «yazıçıları» özünəxas ustalıqla tənqid edirdi. Yazıçı Azərbaycanın gələcəyinə böyük ümidlər bəsləyirdi: «... Mənim Azərbaycanın gələcəyinə ümidlərim böyükdür. Çünki Azərbaycan xalqının vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir. Bu gün millətin vətənpərvərlik duyğusunun yeni təlatümünün coşub-kükrəyən dövrüdür». Daim əsərlərində xalqımızın milli azadlıq mübarizəsini, müstəqilliyini, istiqlaliyyətini tərənnüm edən və bu yolda inadından dönməyən sənətkarımız müstəqil Azərbaycanın Dövlət ordenini alan ilk yazıçımız oldu. 82 illik mənalı ömrünün 60 ilini yaradıcılığa həsr etmiş bu müqtədir sənətkarın çoxçeşidli və həmişə müasir əsədəri fəlsəfı-estetik təravətini və məna çalarını saxlamaqla bizi milli-mənəvi birliyə səsiəyir.