İyirmi beşinci səkil
İbrahim xan. Ah, mən aldanmışam. Mən xalqıma xəyanət etmişəm, Ar olsun sənə, İbrahim, 40 ildən çox Qarabağın – Azərbaycanın ən böyük bir hissəsinin hökmdarına rus generalı özündən də kiçik rütbə verəndə bildim ki, aldanmışam. Nə üçün mən Kürəkçayda qılıncımı çıxarıb onun boynunu vurmadım, nə üçün? Ah... Aman, Allahım... İndi mənim ruhum gələcək nəsillər qarşısında nə cavab verəcək? İlahi sən böyük olduğun üçün böyük günahları da bağışlayansan. Mən elə edəcəyəm ki, sən məni bağışlayasan...
Atam Pənah xan ölərkən məni yanına çağırıb dedi: "Oğul, vətən, torpaq darda olanda qılınc qında qalmaz..." Hələ mən sağam, hələ ölməmişəm, indi mən bütün Azərbaycan xalqını ayağa qaldıracağam, ölüm-dirim mübarizəsinə... Ey böyük Yaradan, intiqamımı qəbul et... |