Səkkizinci şəkil
Xosrov Atayev (öz-özünə). Əl-əli yuyar, əl də üzü... Ağasəlimin xalq malı ilə alınmış üzüyü mənim evimdən çıxır. Şahsuvarov, Sadıqov kimi cinayətkarlar mənim evimdə həbsə alınırlar... Bu dəh-şətdir! Necə oldu ki, onlar mənim qapımı tanıdılar?! (Dilşada) Səndən soruşuram. Necə oldu?!
Dilşad. Mən sənin əkdiklərini biçirdim... Əgər, Şahsuvarov, Sadıqov sənin qapını tanımağa layiq deyildilərsə, niyə hərəsini oturdurdun bir idarənin başında?
Xosrov Atayev (sarsılaraq). Doğrudur... Tamamilə doğru-dur. Onların kim olduqlarını indiyə qədər tanımamaq mənim böyük, bağışlanılmaz günahımdır! (Pauza) Ancaq bəs sən? Bəs sən niyə öz ərinin bu səhvindən istifadə eləyib, onu xalq içində biabır edirdin?! Axı, sən həmişə and içib məni istədiyini söyləyirdin.
Dilşad. Mən sənin belə qorxaq olduğunu bilmirdim.
Xosrov Atayev. Necə? Mən qorxağam? (Pauza) Düz de-yirsən. Ancaq yaddan çıxarma ki, xalqın ağır töhmetinden qorxma-yanlar dünyanın ən vicdansız adamlarıdır. Vicdansızlıqla xəyanət isə əkiz yaranmışdır. Ona görə də, tutduğun əməllər səni qorxutmamışdır. Sən nə ailəni sevmisən, nə də xalqını...
Dilşad. Sən bir az nəzakətli danışsaydın pis olmazdı.
Xosrov Atayev. Nəzakət! Bundan sonra sən məndən hələ nəzakət də umursan?
Dilşad. Heç lazım da deyil! Səninlə yaşadığım bu on ildə mən nə gördüm ki, indi də onu itirməkdən qorxum?
Xosrov Atayev. Bəs, sən nə görmək istəyirdin?
Dilşad. Bilmirəm... Başqa ərlər öz arvadlarına belə suallar vermirlər.
Xosrov Atayev. Əgər, sən öz ərindən narazı idinsə, nə üçün indiyə qədər bunu açıb ona demirdin?
Dilşad. Bilirdim ki, bunun heç bir mənası yoxdur.
Xosrov Atayev. Axı, biz evlənəndə mən adicə bir mühəndis idim.
Dilşad.Ona görə də, mən o zamanlar susub heç bir söz demir-dim... Sonra gördüm ki, sənin adi mühəndislikdən yüksək vəzifələrə qalxmağın bizim ailə həyatımızda heç bir dəyişikliyə səbəb olmadı.
Xosrov Atayev. Aha... Demək sən elə bilirdin ki, mən yüksək vəzifəyə keçəndən sonra biz də dayələr, qulluqçularla yaşa-yacağıq, qapımızda "Pobeda" maşınları dayanacaq. Eləmi? Ah, sən nə dəhşətli qadınsanmış!
Dilşad. Çox gec tanımısan!
Xosrov Atayev. Gec tanısam da bir daha sənin üzünü görmə-yəcəyəm! Bir daha sənə Xosrov Atayevin həyat yoldaşı deməyəcəklər. Rədd ol buradan!
Dilşad. Bilirsənmi nə edirsən?
Xosrov Atayev. Bu saat, bu dəqiqə rədd ol.
İldırım Atayev. Nə olub?
Xosrov Atayev. Mən məhv olmuşam, qardaş! Mənim on illik ailə həyatım saxtaymış. Bizim familiyamız ləkələnmişdir! Qoy məni xalq divanına çəksinlər! (Əlləri ilə başını tutaraq, stula yıxılır. Pauza) Xalq bizi öz halal pulu ilə oxutdu. Yüksək vəzifə sahibləri etdi. Hökumət böyük bir şəhərin müqəddəratını mənə tapşırdı. Lakin mən? Mən nankor oldum! Nankor! Nə üçün dinmirsən, İldırım? Yoxsa, mən, doğrudan da, məhv olmuşam?! Yoxsa, daha mənimle kəlmə kəsib danışmağa belə dəyməz?!
İldırım Atayev. Hər şeyi sən özün dedin, Xosrov, daha mənə söz qalmadı.
Xosrov Atayev. Yox! Sən hökumətin bir nümayəndəsi kimi mənim haqqımda nə fikirdəsən?
İldırım Atayev. Mən sənin işdən götürülməyini tələb etmişəm!
Ağır pauza.
Xosrov Atayev. Sağ ol, qardaşım! Xalqın böyük etimadını məlun bir qadının saxta məhəbbətinə qurban verən adamlar qardaş cəzasına layiqdirlər! Mən sənin sözlərinə vaxtında qulaq assaydım, belə olmazdı.
İldırım Atayev. Mən indi yola düşüb gedirəm, Xosrov. Xalqın ədaləti böyükdür! Əgər, onlar sənə aman versələr, igid ol, qar-daşım! İndisə gəl qucaqlaşaq! Bax, belə, uşaqlıqdakı kimi. Bu nədir, sənin gözlərin yaşarmışdır?
Xosrov Atayev. Get, İldırım, sənə yaxşı yol. |