ARXİVLƏR






 

 

USTAD DƏRSLƏRİ

"Sən həmişə mənimləsən"

  1 nümunə 2 nümunə
1 nümunə    
Azərbaycan Televiziyası, 1987 Akademik Milli Dram Teatrı, 1964.
Ssenari müəllifləri: İlyas Əfəndiyev, Gülcahan Güləhmədova-Martınova
Quruluşçu rejissor: Gülcahan Güləhmədova-Martınova, Tariyel Vəliyev
Rejissor - Zəhra Orucova
Quruluşçu operator - Eldar Məmmədov
Quruluşçu rəssam – Rafael Əsədov
Bəstəkar – Qasım Xəlilov
Mahnıların sözləri – Nəbi Xəzri
Rollarda:
Həsənzadə - Rasim Balayev,
Nargilə – Məlahət Abbasova,
Quruluşçu rejissor: Tofiq Kazımov
Rəssam: Elçin
Bəstəkar: Fikrət Əmirov
Rollarda:
Həsənzadə - Əli Zeynalov,
Nargilə – Amaliya Pənahova,
 

 

Azərbaycan Radiosu, 1967.  
Quruluşçu rejissor: Tofiq Kazımov
Rejissor: Tofiq İsmayılov
Bəstəkar: Fikrət Əmirov
Səs operatoru: Ədilə Bünyadova.
Rollarda: Həsənzadə - Əli Zeynalov,
Nargilə – Amaliya Pənahova,
 
 

 

Əsərin mətni

 

 

Nargilə. (əlini onun əlindən qopararaq). Lazım deyil!.. Heç nə deməyin!.. Heç nə... (Gözlərindən sakit-sakit yaş axır) Siz getməli idiniz... Siz həddindən artıq yaxşı adamsınız. Siz qala bilməzdiniz...
Həsənzadə. Elə deməyin...
Nargilə. Yox, narahat olmayın. (Göz yaşları sakit-sakit axır) Siz getsəniz də, hər şeyi özünüzlə aparmırsınız... Siz mənim həyatımda çox şey qoyub gedirsiniz.
Həsənzadə. Rica edirəm həyəcanlanmayın.
Göz yaşları daha da şiddətli tökülür.
Nargilə. Dedim ki, narahat olmayın... Madam ki, siz belə edirsiniz, demək, belə də lazımdır. Qoy mənim göz yaşlarım sizin səfərinizi kədərli eləməsin. Siz onsuz da bu dünyada az dərd çəkməmisiniz. (Göz yaşları içində gülümsəyir) Mən Səməndər quşu kimi sizin odunuza yanmaq istəyirdim. Siz bunu istəmədiniz. Çünki siz həddindən artıq yaxşı adam idiniz... (Bayırda maşın siqnalı. Həsənzadə qalxır) Yox, bircə dəqiqə də dayanın... Əgər, bu dünyada insaf, ədalət varsa, qoy sizin bircə oğlunuz yer üzünün ən xoşbəxt adamı olsun. Sizin qəlbiniz bir də qəm görməsin, Siz həmişə... gecə də, gündüz də mənim yanımda olacaqsınız. Mənimlə olacaqsınız. (Şiddətli göz yaşları içində gülümsəyir) Axı, mən sizsiz necə yaşaya bilərəm?
Həsənzadə.(həyəcanla). Narçilə...
Nargilə. Yox, susun. Siz öz sözünüzü demisiniz. Mənim isə sizə sözüm çox idi... Sizin vaxtınız yoxdur... Lakin siz harda olursunuz-olun, mən hər gün bu sözləri sizə deyəcəyəm.
Həsənzadə. Rica edirəm həyəcanlanmayın.
Nargilə. (göz yaşları içində gülümsəyir). Kim deyir ki, mən həyəcanlanıram?! Əksinə... Mən heç bir zaman özümü bu qədər sakit hiss etməmişəm! Mənim məhəbbətim əbədiyyətə qovuşmuşdur! Mən onun sabitliyini, gözəlliyini, əbədiliyini heç bir zaman bu qədər aydın hiss etməmişdim... (Onun qollarından yapışaraq) İndi isə gedin, qatara gecikirsiniz...