Quruluşçu rejissor: Tofiq Kazımov
Bərpaçı: Məmmədrza Şeyxzamanov
Rejissor assistenti: Araz Təhmasib
Rəssam: Sənan Qurbanov
Bəstəkar: Emin Sabitoğlu
Rollarda: Nərmin – Amaliya Pənahova,
Kamran – Nurəddin Quliyev |
Quruluşçu rejissor: Tofiq Kazımov
Rejissor : Lütfi Məmmədbəyov
Rejissor assistenti: Araz Təhmasib
Rəssam: Sənan Qurbanov
Bəstəkar: Emin Sabitoğlu
Rollarda: Nərmin – Amaliya Pənahova,
Kamran – Həsən Turabov |
İkinci pərdə
Kamran Borçalıda öz otağında oturub məktub oxuyur. O, gözünü kağızın üzərində gəzdirdikcə biz Nərminin səsini eşidirik.
Nərminin səsi. Neçə gün bundan qabaq sənin harada işlədiyini və ünvanını öyrənib mənə deməsini Cəmildən xahiş etdim. O, əvvəl təəccüb elədi. Sonra soruşdu: «Bəlkə sən mənə verdiyin vədə peşman olmusan?» «Yox» dedim. Peşman olmamışam. Ancaq, mən Kamrana məktub yazmaq istəyirəm. Daha bir söz demədi. O bilir ki, mənim ürəyim həmişəlik sənə bağlıdır. Lakin onu da bilir ki, mən heç bir zaman öz ərimə xəyanət eləməyəcəm. Dünən Cəmilgildən mənə nişan gəldi. Sənin göz yaşlarından acığın gəldiyini bilirəm. Ona görə də, ağlamadım. Ancaq mənim üçün çox çətin keçir. Sənin həmişəlik məndən ayrıldığını düşündükcə, damarlarımda qanım donur. Bəlkə mən hər şeyi atıb səninlə gedəydim, Kamran?
Kamran dərin bir ağrı ilə gözlərini yumur. |