Ssenari müəllifləri: İlyas Əfəndiyev, Gülcahan Güləhmədova-Martınova
Quruluşçu rejissor: Gülcahan Güləhmədova-Martınova, Tariyel Vəliyev
Rejissor - Zəhra Orucova
Quruluşçu operator - Eldar Məmmədov
Quruluşçu rəssam – Rafael Əsədov
Bəstəkar – Qasım Xəlilov
Mahnıların sözləri – Nəbi Xəzri
Rollarda:
Nargilə – Məlahət Abbasova,
Nəzakət – Səfurə İbrahimova |
Quruluşçu rejissor: Tofiq Kazımov
Rəssam: Elçin
Bəstəkar: Fikrət Əmirov
Rollarda:
Nargilə – Amaliya Pənahova,
Nəzakət – Ətayə Əliyeva |
Nəzakət. Sən bunlarla əlaqəni kəs, o günü də dedim... (Gərgin pauza) Özün də qayıt evinə.
Nargilə. Mən bır də Fərəcin yanına qayıdım?
Nəzakət. Dedim ki, öz evinə!
Nargilə. Belə söhbətlər daha nəyə lazımdır? Hər şey olub-keçib.
Nəzakət. Mən onun stol-kürsüsünü sənin otağından çıxarmışam.
Nargilə. Soruşmaq ayıb olmasın, bu gün hardan doğub?
Nəzakət. Sən mənə cəhənnəm əzabı verirsən! Heç yerdə qərar tuta bilmirəm... Mən Fərəcə də, özümə də nifrat edirəm. Mən bunu ona demişəm... Daha neyləməliyəm?!. (Göz yaşları içində) On iki ildən artıq idi ki, mən sənin atanı yuxuda görmürdüm. Amma indi hər gecə görürəm. Mənimlə bir kəlmə danışmır, Siz, məndən nə istəyirsiniz? Bir canım var, əgər, onu verməklə bu əzabdan qurtara bilərəmsə, alın, vallah sizə minnətdar olaram. Heç olmasa, qəbirdə rahat yataram. Mən pisəm... ancaq mən, heç bir şeyi bilə-bilə, öz iradəmlə eləməmişəm. Heç olmazsa, sən bunu başa düş.
Nargilə. (yaxınlaşıb əlini onun başına çəkir). Sakit ol, ana!
Nəzakət. Qızım! (Ona qışqırıır)
Nargilə. (mütəəssir halda). Sakit ol, ana!
Nəzakət. Mən sənin məhəbbətini qaytarandan sonra ayrı cür yaşamaq istəyirəm.
Nargilə. (mehribancasına). Belə ürəyinaziklik nəyə lazımdır...
Nəzakət. Yox, qayıtmazsan... Mən sənin nəfəsini atanın evində, öz yanımda hiss etməyincə rahat ola bilməyəcəyəm.
Nargilə. (zarafatyana). Ele fərz elə ki, ərə getmişəm.
Nəzakət. Ərə getmək başqa, mən səni bir ana kimi bütün qayda-qanun ilə köçürmək istəyirəm. Mən bunun üçün illər uzunu Fərəcdən gizlin, öz maaşımdan qəpik-qəpik kəsib pul yığmışam. Mən səni ləyaqətlə ərə verəcəyəm.
Nargilə. (zarafatmı və ya həqiqətmi olduğu bilinməyan bir sevinclə). Demək, mənim cehizim də olacaq. (Anasını öpür)
Nəzakət. (təəccüblü bir ruhi sakitliklə). Bu neçə ilin ərzində birinci dəfədir ki, sən ananı öpürsən... Mən də sənə analıq xeyir-duası verirəm, qızım... Səni görüm dünyalarca xoşbəxt olasan.
Nargilə. (ürəyinin dərinliklərindən qopub gələn bir istək və ehtiramla). Amin! (Pauza. Nargilə anasına qısılır və indi işıq yalnız onların üzünə düşür. Sanki hər ikisinin gozü nəhayətsiz uzaqlara... eyni məchul nöqtəyə zillənmişdir. Hər ikisinin çöhrəsində eyni sakit ifadə vardır) Yadındadırmı, mən dörd-beş yaşlarımda olduğum zaman qıçımı it tutmuşdu. Fərəc kurorta getmişdi...
Nəzakət. (pıçıltı ilə). Yadımdadır.
Nargilə. Yaram simlədiyi üçün sən neçə gecə yuxusuz qalmışdın. Mən isə hey sənə nağıl dedirdirdim. Yorulub əldən duşmüşdün. Bir gün də mahnı oxumağını tələb elədim... Sən oxudun... Birdən susdun... Baxdım ki, yuxuya getmisən... (Pauza. Anasına daha da qısılaraq) O mahnının yadında qalan yərlərini mənim üçün oxu.
Qısa pauza. Birinci şəkildəki nıusiqi davam edir. Ananın xəyalı uzaqlara uçur. Yenə də zaman dayanmışdır. |