ARXİVLƏR






 

 

USTAD DƏRSLƏRİ

"Atayevlər ailəsi"

  1 nümunə 2 nümunə
1 nümunə    
Azərbaycan Televiziyası, 1986 Azərbaycan Radiosu, 1961.
Quruluşçu rejissor: Lütfü Məmmədbəyov
Televiziya rejissoru: Tariyel Vəliyev
Quruluşçu rəssam: Qurban Məlikov
Quruluşçu operator: Eldar Məmmədov
Operatorlar: Tahir Atakişiyev, Yusif Dadaşov
Səs rejissoru: Sabir Əliyev
Rejissor assistenti: Sevil İbrahimova
Rollarda: Şahsuvarov – Fuad Poladov
Lətafət – Vəfa Fətullayeva
Sadıqov – Hamlet Qurbanov
Quruluşçu rejissor: Tofiq Kazımov
Səs rejissoru: Azər Rzayev
Səs operatoru: Arif Əliyev
Musiqi tərtibatçısı: Nurəddin Fətullayev
Rejissor assistenti: Sevil İbrahimova
Rollarda: Şahsuvarov – Məlik Dadaşov
Lətafət – Hökümə Qurbanova
Sadıqov – Mustafa Mərdanov
   

 

Əsərin mətni

 


Dördüncü şəkil

Sadıq Sadıqovun evi. Bahalı mebellər. Ortada üstü cürbəcür yeməklərlə dolu böyük stol. Qapının zəngi vurulur. Lətafət tələsik addımlarla gedib açır.


Şahsuvarov. Lilya! Səni görəndə ürəyim necə çırpınır.
Lətafət. Mən səndən küsmüşəm, Ziyad.
Şahsuvarov. Elə demə, özümü öldürərəm.
Lətafət. Heç birinə inanmıram.
Şahsuvarov. Nə üçün?
Lətafət. Deyirlər sən başqasını sevirsən.
Şahsuvarov. Belə zarafatları burax, Lilya! Mənim üçün dünyada ancaq sənsən!
Lətafət. Bəs Reyhan?
Şahsuvarov. Nə danışırsan? Onun ki, sevgilisi var.
Lətafət. Nə olsun? Xalam istəyir ki, o sənə getsin. Xalam da bir şey istəməsin, istədi, qurtardı.
Şahsuvarov. Xalanın elə arzusu olduğunu sən haradan bildin?
Lətafət. Görürsən necə maraqlanırsan?
Şahsuvarov. Sən Allah, boşla.
Lətafət. Yox, Ziyad, düzünü de, sən, doğrudanmı, Reyhanla evlənmək fikrindəsən?
Şahsuvarov. Heç yatsam yuxuma da girməz.
Lətafət. (onun əlindən tutaraq). And iç!
Şahsuvarov. Sənin əziz canın üçün!
Lətafət. (ona qısılaraq). Ax, Ziyad, mən sənsiz bir gün də yaşaya bilmərəm.
Şahsuvarov. Mən sənsiz nəinki bir gün, heç bir dəqiqə də yaşaya bilmərəm, Lilya...
Lətafət. Elə isə nə üçün tərpənmirsən? Niyə məni bu əzab-lardan qurtarmırsan? Ax... Sən bilsən ki, mən ona nə qədər nifrət edirəm!
Şahsuvarov. Bilirəm... Hamısını bilirəm. Ancaq bir qədər də səbr etmək lazımdır. Sənin ona getdiyin cəmi iki ildir. Bu tezliklə bo-şanıb mənə gəlsən, yaxşı çıxmaz.
Lətafət. Nə üçün?
Şahsuvarov. Mənə məişət pozğunu adı verərlər. Deyərlər xalqın təzə arvadını boşatdırıb atdı.
Lətafət. Cəhənnəmə ki! Qoy ne deyirlər desinlər. Yoxsa qorxursan?
Şahsuvarov. (gülümsəyir). Nədən qorxacağam? Ancaq...
Lətafət. Sevən adam heç nəyi gözə gətirməz, Ziyad! Mən hər şeyə razıyam, təki səninlə bir yerdə olum.

Sadıqov gəlir.


Sadıqov (gülür). Hi-hi... Sən məndən qabaq gəlmisən. Şahsuvarov. Əsl dost gərək elə olsun.
Lətafət. Sənə yüz dəfə demişəm ki, şlyapanı elə qoyma.
Sadıqov. Axı, məndə nə təqsir var, Liliçka? Evimizdə bişməyib, qonşudan gəlməyib. Hi-hi... Atam baqqal Məşədi Kərim rəhmətliyin bir kürkü var idi ki, içinə üç adam yerləşərdi. Belinə də bir qurşaq dolayardı ki, düz on iki arşın. İndi onun oğlu şlyapa? Hi-hi...
Lətafət. Yaxşı... yaxşı... tez ol, Şahsuvarov bayaqdan səni gözləyir.
Sadıqov. Liliçka, mən indi xalat geyim, yoxsa?
Lətafət. Ox... qonaqların yanında xalatla oturacaqsan?
Sadıqov(gülür). Hi-hi... Şahsuvarov ki, özümüzünküdür.
Lətafət. Sənə yüzdəfə demişəm belə gülmə.
Sadıqov. Eh, Liliçka, gülməyib nə edəcəyəm... Beş günlük dünyadır, ye, iç, kef çək! Atam Məşədi Kərimin də pulu çox idi, axırı nə oldu? İnsan bu fani dünyaya bir dəfə gəlir. Ömər Xəyyam demiş-kən, sabah yıxılıb ölsən, yeddi min il bundan qabaq ölənlə sənin heç bir fərqin olmayacaq! Elə deyilmi, Şahsuvarov?
Şahsuvarov.  Elədir.
Sadıqov. İskəndər Zülqərneyə qalmayan dünya kimə qalacaq? Ye, iç, kef çək, vəssalam. (Oxuya-oxuya o biri otağa keçir).
Mixək əkdim ləyəndə, Ay mixək boynun əyəndə...
Şahsuvarov.  (bərkdən gülərək). Bu, doğrudan da, idiot imiş!
Lətafət. Sən isə günü günə satırsan.
Şahsuvarov. Lilya! Yox, yox, üçcə ay da gözlə.
Lətafət. Neynək, üç ay da dözərəm. (Onunla yanaşı dayanaraq. güzgüyə baxır) Görürsənmi, bir-birimizə necə yaraşırıq! İkimiz də bir boyda.
Şahsuvarov.  İkimiz də gözəl...
Sadıqov (daxil olur), Hi-hi... Siz nə münasibətlə belə qoşa dayanmısınız?
Şahsuvarov.  Lilya mənimlə mübahisə edir ki, biz bir boy-dayıq.
Sadıqov. Yox, Liliçka, Şahsuvarov səndən bir az hündürdür.
Lətafət. Xeyr, bir boydayıq.
Sadıqov. Biraz...
Lətafət (qışqırır).Dedim ki, bir boydayıq!
Sadıqov. Düzdür, Liliçka, bir boydasınız...