ARXİVLƏR






 

 

USTAD DƏRSLƏRİ

"Unuda bilmirəm"

  1 nümunə 2 nümunə 3 nümunə
     
1nümunə    
Akademik Milli Dram Teatrı, 1981. Akademik Milli Dram Teatrı, 1968.
Quruluşçu rejissor: Tofiq Kazımov
Bərpaçı: Məmmədrza Şeyxzamanov
Rejissor assistenti: Araz Təhmasib
Rəssam: Sənan Qurbanov
Bəstəkar: Emin Sabitoğlu
Rollarda: Nərmin – Amaliya Pənahova,
Kamran – Nurəddin Quliyev
Quruluşçu rejissor: Tofiq Kazımov
Rejissor : Lütfi Məmmədbəyov
Rejissor assistenti: Araz Təhmasib
Rəssam: Sənan Qurbanov
Bəstəkar: Emin Sabitoğlu
Rollarda: Nərmin – Amaliya Pənahova,
Kamran – Həsən Turabov

 

Əsərin mətni

 

 

Birinci pərdə

Nərmin. Üzr istəyirəm.
Kamran. Nə üçün? 
Nərmin. Səni ora getməyə məcbur elədiyim üçün.
Kamran. Orada nə olub ki?
Nərmin. Heç nə, axı, sən getmək istəmirdin.
Kamran. Sən nahaq məclisi yarımçıq qoyub çıxmısan.
Nərmin. Yox, nahaq deyil. (Plaşını çıxarır.) Biz məclisin mabədini sənin bu balaca otağında davam etdirəcəyik. (Şüşəni göstərərək) Şampanski! (Bufetdən iki qədəh çıxarır. Şüşəni Kamrana uzadır.) Al partlat! (Kamran şüşəni açır və qədəhləri doldurur. Nərmin öz qədəhini götürərək) Sənin sağlığına!
Kamran. İkimizin də.
Nərmin. Yox. Bunu ancaq sənin sağlığına içəcəyəm!
Kamran. Niyə ancaq mənim?
Nərmin. Birincisi, ona görə ki, bayaq məclisdə sənin sağlığına içilmədi.
Kamran. (əsəbiləşərək). Burax, sən də, axmaq şeylər haqqında fıkirləşirsən.
Nərmin. Doğrudan da. İkincisi və ən əsası ona görə ki, mən səni, yalnız səni sevirəm!
Kamran. (gülümsəyir). Yalnız məni...
Nərmin (onu başa düşməyərək). Yalnız səni! Sağ ol. (Axıra qədər içərək, qədəhi yerə qoyur.) İnan ki, sənin mənə bir dəfə acıqlanmağın, başqasının min dəfə «qadan alım» deməsindən əzizdir. Sənin acığın da, gülüşün də mənim xoşuma gəlir. İlk dəfə səni görəndə ürəyimdə demişdim: «Bu oğlan mənim olmalıdır!» Ona görə də, özüm zəng eləyib səninlə tanış oldum. (Onu qucaqlayır.) Nə üçün mənim bütün varlığım, bütün bədənim səninlə birləşib bir vücud olmur... Ah, nə üçün?!. De, məni çoxmu sevirsən?
Kamran. (mehribanlıqla). Özün bilirsən ki, mənim «sevirəm» sözündən acığım gəlir.
Nərmin (zarafatyana). «Nə sevirəm» deyirsən, nə də məni öpürsən. Bəs, nə olsun?

Kamran bərkdən gülür. Onu ehtirasla öpür və yerdən qaldıraraq sürətlə fırlayır. Qızın bundan dərin bir zövq duyduğu hiss olunur. Sonra oğlan onu yerə qoyaraq,
qədəhlərə şampanski tökür.

Nərmin (gözlərini yarı yumaraq). İndi bir an mənə elə gəldi ki, ikimiz də uzaqlara... kosmosa uçuruq.
Kamran. (gülümsəyir). Buradan Borçalıya təyyarə ilə yarım saatlıq yoldur.
Nərmin (tutularaq). Başa düşdüm, mən ölüm, gəl bu gecə o barədə danışmayaq.