KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

2 0 0 0 / səhifə 1

Səhifələr : 1 2 3 4

Kitabda İlyas Əfəndiyevlə bağlı iki məqalə çap olunmuşdur: 1996-cı ilin dekabrında yazdığı "İbrətamiz tamaşa (İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesinin səhnə təcəssümü)" və 1997-ci ildə yazdığı "Ruhunuz şad olsun, patriarx! (Xalq yazıçısı İlyas Əfəndiyev)".

 

Bəkir Nəbiyev
( Çətin yollarda, Bakı, 2000)

 

*   *   *

 

"İlyas Əfəndiyevin teatr düşüncələri" adlı geniş tədqiqatında müəllif yazır: "60 ildən artıq yaradıcılıq yolu keçmiş İlyas Əfəndiyev istər bədii yaradıcılığında, istərsə də ədəbi-tənqidi fəaliyyətində teatr və səhnə sənətinə aid çoxlu əsərlər yazmış və bu haqda müxtəlif fikirlər
söyləmişdir. İyirmidən artıq pyesin müəllifi olan ədib bədii-estetik mülahizələrində də bu sahəyə geniş yer vermiş, ədəbiyyatımızda teatrmeyilli və səhnəhəvəsli bir sənətkar kimi tanınmışdır. 40-cı illərdən teatra gəlmiş İlyas Əfəndiyev sonrakı illərdə bu sənətlə dərindən maraqlanmış, ömrünün sonuna qədər teatr və səhnə problemlərini peşəkar bir sənətkar kimi tədqiq etmiş, əsərdən-əsərə, tamaşadan-tamaşaya püxtələşərək teatr sənətinin zirvəsinə yüksəlmiş, Azərbaycan teatrşünaslıq elmində "İlyas Əfəndiyev teatrı" termininin meydana gəlməsinə zəmin yaratmışdır."

 

Əmin Əfəndiyev
("Qobustan" jurnalı,1, 2000, səh. 36-40.)

 

*     *     *

 

"O vaxtlar güclü stres keçirirdim. Ancaq hər cür çətinlikləri özüm təkbaşına dəf edirdim. O vaxt hərdən mərhum dramaturqumuz İlyas Əfəndiyev bizə zəng vurub hal-xoş edirdi. Onun səsini eşidəndə bütün dərdlərimi unudurdum."

 

Bəsti Cəfərova
("Yeni Azərbaycan" qəzeti, 17 fevral 2000)

 

*   *   *

 

"1971-ci ildə rejissor (söhbət Əliheydər Ələkbərovdan gedir- tərt.) böyük və ölməz dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" əsərini tamaşaya qoyur. Lirik, psixoloji səpgiyə malik olan əsər tamaşaçı auditoriyasının tələbinə tam şəkildə cavab verirdi."

 

Zümrüd Bayramova
("Səs" qəzeti, 20 fevral 1200.)

 

*   *   *

 

"Nurəddin Quliyev oynadığı bütün rolları sevir. O, indiyədək onlarla tamaşada baş rolları ifa edib. İlyas Əfəndiyevin "Unuda bilmirəm" tamaşasındakı Kamran rolunu isə heç vaxt yaddan çıxarmır. Bu rol aktyorun sənətə gəlişində müstəsna əhəmiyyətə malik olub."

Raifə Əsədova
("Hürriyyət" qəzeti, 11 mart 2000.)

 

*   *   *

 

"1968-ci ilin əvvəllərində Milli Akademik Dram Teatrına gəldim. Həmin vaxtda İlyas Əfəndiyevin "Unuda bilmirəm" əsəri repertuara salındı. Mən də Kərimdar rolunu ifa etdim. Birinci çıxışım müvəffəqiyyətlə keçdi. 1990-cı ilə qədər bu teatrın səhnəsində müxtəlif xarakterli, müxtəlif taleli, müxtəlif biçimli rollar oynamışam."

Muxtar Avşarov
("İki sahil" qəzeti, 24 mart 2000.)

 

*   *   *

 

"Elçinlə bizim tanışlığımız onun mərhum atasının əsərləri ilə bağlı idi. Əvvəlcə biz İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında film çəkmək fikrində idik, lakin həmin filmin çəkilməsi çox böyük maddi məsrəf tələb etdiyinə görə hələlik bu məsələni təxirə salmalı olduq."

Vaqif Mustafayev
("Günay" qəzeti, 1-7 aprel 2000.)

 

*   *   *

 

Mehdi Hüseyndən bəhs edən "İşıqlı şəxsiyyət -- "Qılınc Mehdi" adlı xatirənin müəllifi "həm hörmətli, həm də şəxsiyyətli" yazıçı adlandırdığı İlyas Əfəndiyevin vaxtıyla onu müdafiə etməsini xatırlayır.

Kələntər Kələntərli
("Palitra" qəzeti, 5-7 aprel 2000.)

 

*   *   *

 

"Sevdiyi yazıçılar: ... İlyas Əfəndiyev... (səh. 5.)

... Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Hüseyn Mehdi, Mirzə İbrahimov, İlyas Əfəndiyev kimi nəhəng yazıçılar özlərini ilk növbədə jurnalist adlandırırlarsa, mən necə yazıçı ola bilərəm? (səh. 7.)

... Bu gün Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun, İlyas Əfəndiyevin yeri boşdur. (səh. 11.)

... Bu ilin noyabrında görkəmli dramaturqumuz, mərhum xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 85 illiyi tamam oldu (lakin bayram təntənəsi hələ keçirilməyib). Bu münasibətlə "İlyas Əfəndiyev məktəbi" adlı bir məqalə yazmışam və həmin məqalə "Həqiqətlər və faktlar" qəzetinin 4 noyabr 1999-cu il tarixli sayında dərc olunub. Məqaləni bu sətirlərlə bitirmişəm: "İlyas müəllimin anadan olduğu Füzuli şəhəri, o şəhərdə boya-başa çatdığı ikimərtəbəli bina, dərs dediyi orta məktəb ermənilərin əlindədir. Qoy, gün o gün olsun, torpağımız azad olunsun, bir yubiley tədbiri də ustad yazıçının dərs dediyi məktəbdə keçirilsin. O gün həmin məktəbə xalq yazıçısı İlyas Əfəndiyevin adı verilsin. Və bu sətirlərin müəllifi də İlyas Əfəndiyev məktəbinin adi üzvü, dinləyicisi kimi bir dəstə güllə o təntənəli yığıncaqda iştirak etsin. Amin!" (səh. 65.)

 

Hacı Ağəddin Mansurzadə
(İnsan qaranquş deyil. Bakı. 2000.)

 

*   *   *

 

"Yəqin ki, bilirsiniz. Əvvəlcə soyadım, daha doğrusu, familim Nuriyev olub. Mənə mərhum dramaturqumuz İlyas Əfəndiyevin qardaşı Arif müəllim kömək elədi. Notarius komitəsinin sədri işləyirdi. O illərdə famili dəyişmək demək olar ki, mümkün deyildi. Ancaq biz elədik. Hətta bütün sənədlərimi arxivlərdən tapıb dəyişdirdim."

 

Əli Nur
("Kaspi" qəzeti, 29 aprel - 2 may, 2000.)

 

 

"İlyas Əfəndiyev: tetr haqqında düşüncələr" adlı məqalədə yazıçının teatr sənəti ilə bağlı müxtəlif illərdə yazdığı məqalələrin, söylədiyi fikirlərin geniş təhlili verilmiş və İlyas Əfəndiyevin yalnız dramaturq kimi deyil, eyni zamanda bir tənqidçi-nəzəriyyəçi kimi də Azərbaycan teatr sənətinin inkişafındakı mühüm rolu qiymətləndirilmişdir.

 

Emin Əfəndiyev
("Literaturnı Azerbaydjan" jurnalı, 2000, 1-3, səh. 91-94.)

 

*   *   *

 

"İlyas Əfəndiyevin Əzizbəyov teatrı ilə əməkdaşlığı Adil İsgəndərovla bvşlayır. Bu da təsadüfi deyildi ki, gənc, istedadlı dramaturqun həmin teatrın səhnəsində tamaşaya qoyulan ilk müstəqil əsərinin ("İşıqlı yollarda" pyesi- tərt.) qurluşçu rejissoru Adil İsgəndərov olub."

 

Hüseyn Abbaszadə
(Dünyadan gör necə insanlar gedib. Bakı, 2000, səh.265.)

 

*   *   *

 

"- Sənətə ilk gəlişiniz Akademik Milli Dram Teatrının ən qaynar dövrünə təsadüf edib...

- Doğrudan da, 18 yaşlı, 2-ci kurs tələbəsi olan bir qızın gözlənilmədən qocaman sənət ocağına gəlməsi və baş rolda iştirak etməsi (İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasında Nargilə obrazı nəzərdə tutulur) təsadüfi haldır. Bildiyiniz kimi də əgər "Sən həmişə mənimləsən" 60 səhifəlik pyesdirsə, onun 55 səhifəsində Nargilə var. Belə bir böyük və məsuliyyətli işlə ilk dəfə səhnəyə qədəm qoydum."

 

Amalya Pənahova
("Yeni Azərbaycan" qəzeti, 16 may 2000.)

 

*   *   *

 

"Mənim sənətimi qiymətləndiriblər. Rəhmətlik İlyas Əfəndiyev mənə "sənətkar" deyəndə, özümü birtəhər hiss eləyirdim. 23-24 yaşım var idi. Bu yaşda nə sənətkar? İlyas müəllim nə qohumum idi, nə yerlisi idim. Sadəcə, insanlar olub ki, qıymayıblar sənətim batsın."

 

Bəsti Cəfərova
("Şərq" qəzeti, 23 may 2000.)

 

*   *   *

 

"Nağıl kimi oxunaqlı, rəvan, xalq ruhu ilə yoğrulmuş şirin-şəkər hekayələri, povestləri" olan İlyas Əfəndiyevin mayın 26-da anadan olduğu göstərilir.

 

("Tumurcuq" aylığı, may, 2000.)

 

*     *     *

 

"Xurşidbanu Natəvan" pyesindən bəhs edən "Şuşa Natəvanın taleyidir" adlı məqalədə deyilir:

"Böyük dramaturq iki hissə və on beş şəkildən ibarət olan bu əsəri 1981-ci ildə tamamlamışdır.

... İlyas Əfəndiyevin ən böyük sənətkarlığı ondadır ki, o, "Xurşidbanu Natəvan" pyesində Natəvanın yaşadığı dövrü tam təfərrüatı ilə canlandıraraq ölkə daxilində gedən bütün ictimai-siyasi və mədəni istiqamətlərin səhnə təcəssümünü verə bilmişdir.

... Natəvanın həyatı fonunda XIX əsrdə Rusiya imperiyasının və İranın Azərbaycanda yeritdiyi siyasəti bədii şəkildə əks etdirmişdir. Azərbaycanın azadlığı, müstəqilliyi, vahidliyi və milli müstəmləkəçiliyə qarşı mübarizə ideyası əsərin əsasını təşkil edir. Bu baxımdan əsərin son səhnəsində Natəvanın dilindən deyilən aşağıdakı sözlər əsərin ümumi ideyasını yaxşı əks etdirir: "Bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir!" Bununla da aydın olur ki, İlyas Əfəndiyev hələ 1981-ci ildə yazdığı "Xurşidbanu Natəvan" pyesində Azərbaycanın azadlığı və müstəqilliyi məsələsinə toxunmuş, belə bir günün yaxınlaşdığını uzaqgörənliklə hiss etmişdir."

 

Mehman Məmmədov
("Ədəbiyyat qəzeti", 2 iyun 2000.)

 

*   *   *

 

"- Bakıda olacağınız müddətdə etməyə özünüzə borc bildiyiniz şeylər varmı?

- ... İlyas Əfəndiyevin qəbrini ziyarət edəcəm. Mən məhz onun əsərləri ilə tanınmışam. Yoldaşımın qardaşı da məni onun əsərlərində görüb bəyənmişdi."

 

Məlahət Abbasova
("Üç nöqtə" qəzeti, 11 iyun 2000.)

 

*   *   *

 

Əlisa Nicat imzalı bir müəllifin "100 böyük azərbaycanlı" adlı nadan və cahil mülahizələrlə dolu kitabında, onun Hüseyn Cavid, Səməd Vurğun, İlyas Əfəndiyev, Qara Qarayev və başqaları kimi görkəmli sənətkarlarla bağlı bayağı və primitiv fikirlərinə cavab verilmişdir.

 

Akif Səməd
("525-ci qəzet", 20 iyun 2000.)

 

*   *   *

 

"HEYDƏR ƏLİYEV. Elçin bizim çox istedadlı yazıçımızdır, gənc vaxtlarından çox dəyərli əsərlər yazıbdır. Amma son illər o, eyni zamanda teatr üçün də əsərlər yazıbdır. Deyəsən keçmişdə bu olmamışdı. Çünki bu məsələ ilə əsasən sənin atan məşğul olurdu.

ELÇİN. Bəli, cənab Prezident.

HEYDƏR ƏLİYEV. Atan, rəhmətlik İlyas Əfəndiyev bu işlərlə çox uğurla məşğul olurdu və çox da gözəl əsərlər yaratmışdı. Elçin isə daha çox nəsr əsərləri yazırdı və dəyərli əsərlər yaratmışdır"

 

Heydər Əliyev
("Azərbaycan" qəzeti, 28 iyun 2000.)

   

*   *   *

 

"Masamın üstündə təxminən bir qərinə bundan əvvəl çəkilmiş bir şəkil var:  çağdaş ədəbiyyatımızın -- nəsrimizin və dramaturgiyamızın qüdrətli siması, keşməkeşli, nisgilli tariximizin təkrarsız, həm də bənzərsiz tərənnümçüsü, mən deyərdim ki, usta, mahir salnaməçisi, hardasa dərin, lap dərin qatlarında iti, qılınc kimi Arazın çağladığı, Kür kimi yerli-yataqlı, ləngərli hekayələrin, povestlərin, romanların, pyeslərin yaradıcısı, məhz yaradıcısı, vətən və xalq sevgisinə, eyni zamanda şifahi xalq ədəbiyyatımıza -- nağıl və dastanlarımıza söykənən musiqili, ahəngdar dili ilə oxucuların qəlbini ofsunlayan müdrik, müdrik olduğu qədər də ruhən gənc, xalq yazıçısı İlyas Əfəndiyev..."

 

Dilsuz
("Ədəbiyyat qəzeti", 7 iyul 2000.)

 

 

*   *   *

 

"Məmmədrza Şeyxzamanov mərhum sənətkarımız İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" tamaşasında Həsənalı obrazını yaradıb. Onu da qeyd edək ki, 70-ci illərin əvvəllərində İlyas Əfəndiyevin tarixi mövzu ilə bu, ilk görüşü idi. Tamaşa 1971-ci ildə Əliheydər Ələkbərovun rejissorluğu ilə səhnəyə qoyuldu. Məmmədrza Şeyxzamanov bu tamaşada cəmi iki dəfə görünür. Lakin epizodik rolun xarakterini aktyor elə açmış, elə göstərmişdir ki, obrazın səhnədə iki dəfə görünməsi kifayət edirdi."

 

Zümrüd Bayramova
("Səs" qəzeti, 3 avqust 2000.)

 

*   *   *

 

Əlisa Nicat imzalı müəllifin "Yüz böyük azərbaycanlı" kitabından bəhs edən müəllif yazır: "Birincisi, bu yüzü nə prinsiplə, nə səviyyədə, hansı meyarla təqdim edir? Subyektiv, səviyyəsiz meyarla seçib -- bu, onun öz işidir. Amma bizim böyük şəxsiyyətlər Səməd Vurğun, Hüseyn Cavid, Qara Qarayev, İlyas Əfəndiyev haqqında çox nalayiq şəkiildə, çox cahil sözlər deyib."

Sonra müəllif bu savadsız bulvar ədəbiyyatı nümunəsini kəsgin tənqid edir.

 

Anar
("İki sahil" qəzeti, 4 iyul 2000.)

 

*   *   *

 

"Mən onun (Söhbət akademik, şair Aslan Aslanovdan gedir- tərt.) şairliyi barədə də yazmaq istəmirəm, onun həssas şair təbi barədə unudulmaz İlyas Əfəndiyevin yazdıqlarına (Aslan Aslanovun son şerlər kitabı İlyas Əfəndiyevin ön sözü ilə nəşr olunub- tərt.) heç nəyi əlavə etmək olmur."

 

Hacı Azər Əbilov
("Yeni Azərbaycan" qəzeti, 8 avqust 2000.)

 

*   *   *

 

"Mərhum yazıçımız, sevə-sevə oxuduğumuz, oxumaqla kifayətlənməyərək özümüzə nəticə çıxardığımız İlyas Əfəndiyevin əsərlərini həmişə özümçün bir həyat məktəbi hesab etmişəm. Çox təəssüf ki, İlyas müəllimlə çox gec, sənətə gəldiyimin 20-ci ilində görüşmüşəm. Bir haşiyə çıxmaq istərdim. İlyas Əfəndiyev haqqında kitab hazırlanırdı. Təbii ki, kitabda sənət adamlarının, İlyas müəllimlə yaxın olanların öz ürək sözləri toplanmışdı. Bir gün İlyas Əfəndiyevin oğlu, sevimli yazıçımız Elçin müəllim mənə təklif etdi ki, mən də öz ürək sözlərimi yazım. Açığı, çox təəccübləndim. Səbəbi də o idi ki, yenə də deyirəm, sənət aləmində İlyas müəllimlə gec qarşılaşmışam. Ancaq, buna baxmayaraq sevinclə, ürəklə İlyas müəllim haqqında öz ürək sözlərimi yazdım. Bu mənim üçün böyük fəxrdir. 1990-cı ildə İlyas müəllimin dəvəti ilə Akademik Milli Dram Teatrına gəldim.

...Sonra Milli Teatrda İlyas Əfəndiyevin "Tənha iydə ağacı" əsərindəki Xanbikə obrazı ilə sənət fəaliyyətinə başlamışam."

 

Kübra Əliyeva
("Yeni Azərbaycan" qəzeti, 9 avqust 2000.)

 

 

 


Səhifələr : 1 2 3 4

       

 
   
 
       
     © Musigi Dunyasi, 2011