KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

1 9 9 9 / səhifə 1

Səhifələr : 1 2 3 4 5 6 7 8

 

"- Mən Milli Dram Teatrına ilk dəfə 1979-cu ildə hələ Sumqayıt Teatrının Baş rejissoru olarkən dəvət edilmişəm. O vaxt İlyas Əfəndiyev "Xurşidbanu Natəvan" əsərini yazmışdı və həmin əsəri səhnələşdirəcək rejissor axtarırdı...

- Deyilənə görə, teatrda ilk tamaşanız olan "Xurşidbanu Natəvan"ı əvvəlcə Şəfiqə Məmmədova başda olmaqla bir qrup aktyorla məşq etmisiniz. Və hətta tamaşaya daxili baxış da keçirilib. Ancaq tamaşaçı səhnədə Natəvan rolunda Şəfiqə Məmmədovanı deyil, Amalya Pənahovanı tamam başqa bir aktyor qrupu ilə görüb. Bu dəyişikliyə səbəb nə olmuşdu?

- Mən "Xurşidbanu Nətəvan" tamaşasında rol bölgüsü aparanda o vaxtkı bütün böyük sənətkarlar tamaşaya cəlb edilmişdilər. Natəvan rolunu Şəfiqə Məmmədovaya vermişdim. Çünki Natəvanı onun simasında görürdüm. Natəvan rolunu Amalya Pənahova da oynamaq istədi. Mən isə dublyor sistemi ilə işləməyi xoşlamıram. Ola bilməz ki, eyni zamanda teatrda iki Natəvan olsun, iki Hamlet olsun. Odur ki, Natəvan obrazı ilə bağlı Amalya xanımın istəyi ilə razılaşmadım. Bu tamaşanın, ümumiyyətlə, başıbəlalı oldu. Mən rus dilində təhsil aldığım üçün, o vaxt məşqləri rus dilində aparırdım. Bundan istifadə edən bəzi aktyorların səyi ilə məşqlərdə bir jurnalisti gətirib əyləşdirdilər. O jurnalistin adı indiyə kimi yadımdadır -- Aqil Dadaşov. O vaxt mənim keçirdiyim stresə əsas səbəb də həmin jurnalist oldu. O mənim rus dilində apardığım məşqləri izləyəndən sonra, ironiya ilə yazırdı ki, biz "Xurşidbanu Nətəvan"ı rus dilində məşq edən rejissorun işinə inanmırıq. O yazıdan sonra mən ictimaiyyətin müzakirə obyektinə çevrildim. Hətta teatrda da bu məsələ ilə bağlı müzakirə oldu. O vaxt teatrın baş rejissoru olan Tofiq Kazımov mənə dedi ki, sən bu müzakirəyə gəlmə, elə söz deyərlər ki, xətrinə dəyər. Mən Tofiq müəllimin sözünə baxıb müzakirəyə gəlmədim. Və o aktyorlar ki, 20 ilə yaxın teatrda gənc rejissor nəfəsi duymamışdılar, hər vasitəyə əl atıb əsərin məşqlərini dayandırmağa nail oldular. Onlar o vaxt Moskvada müalicə olunan İlyas Əfəndiyevə zəng etdilər ki, Mərahim əsəri başa düşməyib. İlyas Əfəndiyev də oradan teleqram vurub tamaşanın məşqlərinin dayandırılmasını tələb etdi. Biz o vaxta qədər 8 ay məşq etmişdik, əsər təhvil də verilmişdi. İlyas Əfəndiyev Bakıya dönəndən sonra, məşqlərin davam etdirilməsinə dair göstəriş verdi. Acığa düşmüş əvvəlki atyor qrupu hamısı ərizə yazıb tamaşadan çıxdılar. Onda Şəfiqə Məmmədova tamam başqa bir səbəbdən teatrdan getdi. Və mən Natəvan rolunu Amaliya Pənahovaya tapşırmalı oldum. Onunla bərabər, bu tamaşaya yeni bir aktyor qrupu cəlb olunub. Demək olar ki, mən "Xurşidbanu Natəvan" tamaşasına ikinci dəfə quruluş vermişəm. Bu gün də tamaşaçılar əsərin ikinci quruluşunu görürlər...

...- Sizi İlyas Əfəndiyev teatrının rejissoru hesab etmək olarmı?

- Əlbəttə. "Xurşidbanu Natəvan"dan sonra İlyas Əfəndiyevin bütün əsərlərinə səhnə quruluşu verən mən olmuşam. (Müəllif bu yerdə qeyri-dəqiqliyə yol vermişdir. "Xurşidbanu Natəvan" əsərinin Akademik Milli Dram Teatrında ilk tamaşası 1981-ci ilin 11 sentyabrında göstərilmişdir. Bundan sonra, həmin teatrda İlyas Əfəndiyevin "Şeyx Xiyabani" (20 dekabr 1986), "Bizim qəribə taleyimiz" (9 aprel 1988), "Sevgililərin cəhənnəmdə vüsalı" (21 aprel 1989), "Tənha iydə ağacı" (6 mart 1991), "Dəlilər və ağıllılar" (9 noyabr 1992), "Hökmdar və qızı" (17 noyabr 1996) adlı əsərlərinin qurluşçu rejissoru Mərahim Fərzəlibəyov olmuşdur. Lakin yenə həmin teatrda 17 sentyabr 1983-cü ildə "Büllur sarayda" əsərini Ağakişi Kazımov tamaşaya qoymuşdur - tərt.) O çox mürəkkəb təbiətli bir dramaturq idi. Ancaq mən onunla dil tapa bilmişdim. Çünki onu dərk etməyə cəhd edirdim. Görünür, o da mənim quruluşlarımı bəyənirdi. Çünki son illərdə yazdığı əsərlərin hamısının səhnə taleyini mənə həvalə etmişdi. Düzdür, bəzən elə mübahisələrimiz olurdu ki, mən onunla razılaşmırdım. Və onda biz ayrılırdıq. İki-üç dəfə bu cür hal olub ki, fikirlərimiz üst-üstə düşməyib və əsər başqa rejissora verilib. Nəticəsi isə belə olub ki, daxili baxış günü İlyas Əfəndiyev tamaşanı bəyənməyib və əsəri alıb verib mənə. Bir-iki belə hadəsədən sonra, çalışırdım ki, İlyas Əfəndiyevi daha dərindən başa düşüm, hətta güzəştə də gedirdim. Çünki belə hallar həmkarlarımın narazılığına səbəb olurdu. Belə hallar yəqin ki, İlyas Əfəndiyevin mənə olan inamından, istəyindən irəli gəlirdi. Təsadüfi deyil ki, onun vəfatından sonra, oğlanları Elçin və Timurçin məni İlyas Əfəndiyevin tamaşaya qoyduğum əsərlərinin varisi elan ediblər. Bu gündən sonra İlyas Əfəndiyevin nə qədər əsərini tamaşaya qoysam, onun müəllif qonorarı mənə veriləcək."

Mərahim Fərzəlibəyov
("Ekspress" qəzeti, 5 yanvar 1999.)

 

*   *   *

 

"- Tamaşalarınızla xarici ölkələrdə olmusuz?

- Bəli, 1992-ci ildə İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşası ilə Türkiyədə və Almaniyada çıxış etmişik. Bu yaxınlarda Türkiyədə keçirilən böyük turdan qayıtmışıq və hər yerdə çox gözəl qəbul olunmuşuq."

 

Zemfira Nərimanova
("168 saat" qəzeti, 8 yanvar 1999.)

 

 

*   *   *

 

"Ötən saylarımızdan birində rejissor Mərahim Fərzəlibəyovla müsahibəmizdə o, mərhum dramaturqumuz İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşasının birinci quruluşunun uğursuz taleyindən söz açmışdı. Birinci quruluşda Bəyim rolunun ifaçısı kimi, yəqin ki, bu barədə sizin də qənaətləriniz var.

- Mən ikinci tamaşanı heç də pisləmək fikrində deyiləm. Ancaq birincidə həddən atrtıq güclü aktyor qrupu cəmləşmişdi. Həsən Turabov knyaz Xasayı oynayırdı,dublyoru Hamlet Xanızadə idi. Mehdiqulu xanı Kamal Xudaverdiyev, Seyid Hüseyni Fuad Poladov, Xurşidbanu Natəvanı isə Şəfiqə Məmmədova ifa edirdi. Şəfiqə xanım Natəvanın vətənpərvər monoloqlarını elə deyirdi ki, tamaşaçı riqqətə gəlirdi. O çox müqtədir aktrisa idi. Mən özümü onun qarşısında bir "sərçə kimi" hiss edirdim. Tamaşada bir "bal" səhnəsi var idi. Səhnədə gəzirdi, çevrilib knyaz Xasayla--Həsən Turabovla baxışırdı. O elə gedirdi ki, elə bil gəzmir, süzürdü. Mənim Rafael Dadaşova hörmətim var. Amma Turabovun Xasayı hara, onunku hara? Ümumiyyətlə, birinci quruluşdakı aktyor qrupu ilə ikinci arasında yerlə göy qədər fərq var idi."

Bəsti Cəfərova
("Ekspress" qəzeti, 9 yanvar 1999.)

 

*   *   *

 

Görkəmli heykəltəraş Cəlal Qaryağdı haqqındakı yazıda heykəltəraş söyləyir ki, 1917-ci ildə, erməni-müsəlman davasının qanlı-qadalı vədələrində "Şuşa camaatı ev-eşiyini qoyub gümanı gələn rayona, qohum-əqrabasının evinə sığınırdı. Məhərrəm kişi də (Cəlal Qaryağdının atası- tərt.) ömür-gün yoldaşından nayranıydı, qadının ikicanlı olması onu əl-ayağa salmışdı. Axırda qardaşı Cabbarla (böyük xanəndə Cabbar Qaryağdı- tərt.) məsləhətləşib yola düşürlər. Cabbarın kamançaçalan erməni dostu da, bunlara qoşulur ki, yolda-izdə dəyib-dolaşan olmasın. Gedib çıxırlar Qaryaginə (indiki Füzuli rayonuna), İlyasgilin (İlyas Əfəndiyevin) evinə. Qadını bura qoyub geri qayıdırlar. Bir-iki gündən sonra, Cəlal dünyaya gəlir."

 

Cəlal Qaryağdı
("Rezonans" qəzeti, 16-22 yanvar, 1999.)

 

 

*   *   *

           

Xəlil Rza Ulutürkün 1969-cu il tarixli gündəliyindən İlyas Əfəndiyevin "Unuda bilmirəm" əsəri haqqında yazılmış böyük bir parça dərc olunmuşdur. Əsəri milli özünüdərkimiz baxımından təhlil edən müəllif İlyas Əfəndiyevin parlaq sənətkarlıq xüsusiyyətlərini və böyük vətəndaş cəsarətini heyranlıqla qiymətləndirir.

"Eşq olsun İlyas Əfəndiyevə!!

... Bu əsər İlyas Əfəndiyevin deyil, bütün Azərbaycan fikrinin böyük qələbəsidir!"

 

Xəlil Rza Ulutürk
("Ekspress" qəzeti, 23-25 yanvar 1999.)

 

*   *   *

 

"Bu ilki proyektlərimizdən biri də "Hökmdar və qızı"dır. Bizim görkəmli dramaturqumuz İlyas Əfəndiyevin pyesi əsasında Elçin maraqlı bir ssenari yazıb. Və çox güman ki, film üzərində biz bu ilin axırlarına yaxın işləməyə başlayacağıq."

 

Vaqif Mustafayev
("Ekspress" qəzeti, 27 yanvar 1999.)

 

*   *   *

 

"Onun (teatr rəssamı Nüsrət Fətullayevin- tərt.) səhnəqrafiyası qrafik bədii cazibəsi, səhnə miqyasına uyğun məna yükü, obrazlı fəlsəfi yükü ilə dəyərlidir. Onun... "Bahar suları" (İlyas Əfəndiyev)... tamaşalarına verdiyi tərtibat səhnəqrafiyamızın parlaq səhifələrindəndir."

 

İlham Rəhimli
("Panorama" qəzeti, 4 fevral 1999.)

 

 

*   *   *

 

"Bu gün Bələdiyyə teatrının direktoru və baş rejissoru kimi görüşünə getdiyim Amaliya Pənahovanı sənət ömrünün lap başlanğıcından tanıyıram. Səhnədə ilk rolunu -- İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesindəki Nargiləsini görmüşdüm..."

 

S.Nəcəfova
("Respublika" qəzeti, 6 fevral 1999.)

 

*   *   *

 

"Azərbaycanda bir ənənə yaranıbdır: atası şair, yazıçı, oğlu da şair, yazıçı. Əgər, keçmiş Sovetlər İttifaqına nəzər salsaq, başqa respublikalarda mən buna rast gəlməmişəm. Məsələn, Səməd Vurğun -- oğulları Yusif, Vaqif yazıçılar, şairlərdir. Rəsul Rza, Nigar Rəfibəyli -- oğlu Anar. İlyas Əfəndiyev -- oğlu Elçin. Bu barədə daha da çox fakt gətirmək olar. Yaxud da ki, Bülbül -- oğlu Polad Bülbüloğlu."

 

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
("Azərbaycan" qəzeti, 7 fevral 1999.)

 

 

*   *   *

 

"Bizdə Hüseyn Cavidin, Mirzə Cəlilin, Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin davamçıları olmalıdır"

 

Telman Adıgözəlov
("525-ci qəzet", 10 fevral 1999.)

 

*   *   *

 

"Tofiq Kazımov novator rejissor idi. İlyas Əfəndiyev dramaturgiyasının bizim teatrda görkəmli yer tutmasında onun böyük rolu olub. Uzun müddət teatrın repertuarından düşməyən "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Sən həmişə mənimləsən"...

... Neçə illər əvvəl Tofiq Kazımovun 19 yaşlı gənc bir qızı (Amalya Pənahovanı- tərt.) İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasında Nargilə roluna dəvət etməsi o böyük rejissorun uzaqgörənliyindən xəbər verirdi."

 

Lütfi Məmmədbəyov
("Ekspress" qəzeti, 9 fevral 1999.)

 

*   *   *

 

"Mehdi Məmmədovun 1962-ci ildə quruluş verdiyi "Kəndçi qızı" (Mirzə İbrahimov) tamaşasında yeniyetmə Vahidi 62 yaşlı Möhsün Sənani, institut tələbəsi Bənövşəni 49 yaşlı Hökumə Qurbanova oynayırdılar. 1964-cü ildə Tofiq Kazımov "Sən həmişə mənimləsən" (İlyas Əfəndiyev) tamaşasını hazırlayanda 19 yaşlı Nargilə obrazını Teatr İnstitutunun üçüncü kurs tələbəsi, 19 yaşlı Amalya Pənahovaya, 1969-cu ildə "Məhv olmuş gündəliklər" (İlyas Əfəndiyev) tamaşasında institutu yenicə bitirmiş Fəridəni son kurs tələbəsi Vəfa Fətullayevaya tapşırmışdı."

 

İlham Rəhimli
("Həftə"qəzeti, 12 fevral 1999.)

 

 

*   *   *

 

Qəzet xalq artisti Əliabbas Qədirov haqqında dərc etdiyi materialda onun fevralın 13-də anadan olduğunu bildirərək yazır:

"O ki, qaldı bu ilki ad gününə, aktyor həmin günü səhnədə -- İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə qarşılayacaq."

 

("525-ci qəzet", 13 fevral 1999.)

 

 


Səhifələr : 1 2 3 4 5 6 7 8

 

                                              

 
   
 
       
     © Musigi Dunyasi, 2011