KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

2 0 0 0 / səhifə 3

Səhifələr : 1 2 3 4

 

Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı" monoqrafiyasından bəhs edən resenziya dərc edilmişdir. Orada deyilir: "XX əsr Azərbaycan ədəbiyyatının, dramaturgiyasının inkişafında, nəsrimizin formalaşmasında və zənginləşməsində böyük rolu olmuş görkəmli dramaturq, Azərbaycanın xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, əməkdar incəsənət xavdimi, "Şöhrət" ordenli İlyas Əfəndiyevin xatirəsi bu günlər yad edilir."

 

R.Abbaslı
("Azərbaycdan" qəzeti, 3 oktyabr 2000.)

 

*   *   *

 

"Bu gün Azərbaycan nəsrində, dramaturgiyasında son dərəcə yeni, əlvan, cazibədar bir mərhələnin yaradıcısının -- İlyas Əfəndiyevin xatirə günüdür. Qarabağ itgisindən dəli olan, həyatlarını qeyb edən bir çox qarabağlılar kimi, İlyas müəllimin də məhz Qarabağ uğrunda mücadilə illərində həyatdan köçməsi heç də təəccüblü görünməməlidir. Təəccüblü orası olardı ki, İlyas müəllim də susaydı, mövqeyini dəyişəydi, mücadilədən yorulaydı, müqaviməti zəifləyəydi. O, əsl vətəndaş kimi əlində qələm son günlərinə, son saatlarınacan bu müqəddəs savaşın tən ortasında bulundu və mən deyərdim, o vaxtacan sakit, ləngərli, yalnız yaradıcılıq çırpıntılarıyla ötüşən həyatı məhz bu mücadilədən sonra çalxalandı, məcrasından çıxdı və illərin, qərinələrin keşməkeşlərindən salamat qalmış ömrü məhz bu dərdə dözmədi."

 

İntiqam Mehdiyev
("525-ci qəzet", 3 oktyabr 2000.)

 

*   *   *

 

"70-ci illərdə mən Bakıya gələndə ilk dəfə İlyas müəllimi Nizami muzeyinin qarşısında kitablara baxa-baxa dənizkənarı parka tərəf addımlayan görmüşəm. Əsərlərini oxuyub uzaqdan-uzağa sevdiyin bir yazıçını həyatda görmək o zaman bizim üçün çox xoş bir təsadüf idi. İlyas müəllim çox gümrah bir yaşındaydı. Əlli beş yaşlarında yaraşıqlı bir kişiydi. O anda İlyas müəllimin yanından bəlkə yüzlərlə oxucusu keçib gedirdi. Onların birisi də mən dim. Mən bir müddət İlyas müəllimə durub baxdım və nədənsə o anda mənə elə gəldi ki, o, ürəyində oxuyur...

Akademik Milli Dram Teatrında İlyas müəllimin "Mahnı dağlarda qaldı" tamaşasındakı o böyük anşlaq yaxşı yadımdadı. Biz universitet tələbələri də böyük həyəcanla tamaşanı izləyirdik. Bir gözümüz də lojada oturub gözlərini səhnədən çəkməyən İlyas müəllimdə idi. Biz o anda xoşbəxt idik ki, İlyas müəllim kimi yüksək mədəniyyətli bir yazıçı-dramaturqun müasiriyik. Biz onun "Sən həmişə mənimləsən", "Məhv olmuş gündəliklər", "Büllur sarayda", "Şeyx Xiyabani", "Xurşidbanu Natəvan" pyeslərinin tamaşasına baxanda da həmin hissləri keçirmişik. Böyük yazıçının Sovet dövründə Arazın o tayına müraciətlə dediyi sözlər o zaman bizi çox həyəcanlandırar, Cənub həsrətimizi bir az da alovlandırardı.

İlyas müəllimin hər bir yazısından, xüsusilə "Geriyə baxma, qoca", "Üçatılan" kimi əsərlərindən bizim qəlbimizə milli qürur, milli və bəşəri hisslər süzülüb."

 

Mustafa Çəmənli
("525-ci qəzet", 3 oktyabr 2000.)

 

*   *   *

 

"Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərmiş xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından dörd il keçir. Lakin o, öz zəngin ədəbi irsi, nadir sənət inciləri ilə yenə də əvvəlki kimi milyonların qəlbində yaşayır, onları düşündürür, ağladır, güldürür, yeri gələdə tənbeh edir, yol göstərir, məsləhət verir."

 

Abid Tahirli
("Xalq qəzeti" 3 oktyabr 2000.)

 

*   *   *

 

"Orta məktəbdə tez-tez "mən nə olmaq istəyirəm" mövzusunda inşa yazırdıq... Nəhayə 10-cu sinifdə ouyanda açdım ürəyimi. Birbaşa yazdım ki, mən aktyor olacağam... Yəqin sirrimi birdən-birə açmağımın səbəbi maraqlıdır sizin üçün. O vaxt televiziyada bir tamaşaya baxdım -- İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər"inə... Gözəl bir aktyor buketi gördüm burda. Şəfiqə Məmmədova, Səməndər Rzayev, Kamal Xudaverdiyev, Ofelya Məmmədova, Amalya Pənahova, Fuad Poladov. Özümlə bu insanlar arasında bir doğmalıq duydum və birdən-birə ürəyimə damdı ki, yox, mən də onların arasında olmalıyam! Qəribədir ki, həmin inşada bu tamaşa haqqında da yazmışdım..."

 

Ramiz Novruzov
("Yeni Azəröbaycan" qəzeti, 3 oktyabr 2000.)

 

*   *   *

 

"O həmişə bizimlədir" adlı geniş məlumat verilmişdir. Məlumatda bildirilir ki, İlyas Əfəndiyevin vəfatının dördüncü ildönümü münasibətilə görkəmli ziyalılar, mədləniyyət, elm, incəsənət xadimləri Fəxri Xiyabanda böyük sənətkarın məzarını ziyarət etiş və mitinq keçirmişlər. Mitinqdə Yazıçılar Birliyinin sədri Anar, Mədəniyyət naziri Polad Bülbüloğlu, xalq artistləri Bəsti Cəfərova, Ramiz Məlikov, xalq şairi Qabil, əməkdar incəsənət xadimi Azərpaşa Nemətov, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı və sonda yazıçının oğlu, xalq yazıçısı, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin çıxış etmişlər.

Mərasim Milli Akademik Dram Teatrında davam etmişdir. Hollda İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən sərgi açılmışdır. Sonra Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı" kitabının təqdimatı olmuşdur. Təqdimat məclisini akademik Bəkir Nəbiyev aparmışdır. Ədəbiyyatşünas Vaqif Arzumanlı, teatrşünas İlham Rəhimli, Bəstəkarlar İttifaqının birinci katibi Vasif Adıgözəlov, rejissor Ağakişi Kazımov, xalq yazıçısı Hüseyn Abbaszadə, artistlərdən Firəngiz Əhmədova, Zemfira Nərimanova, Əlibala Nur, Yaşar Nuri və son olaraq Elçin çıxış etmişlər. Qabil İlyas Əfəndiyevə həsr etdiyi şeri oxumuşdur."

 

AzərTAc
("Xalq qəzeti", 4 oktyabr 2000.)

 

*   *   *

 

İlyas Əfəndiyevin vəfatının dördüncü ildönümü münasibətilə keçirilmiş mərasimlər haqqında geniş reportaj çap edilmişdir.

 Alxan Bayramoğlu
("Respublika" qəzeti, 4 oktyabr 2000.)

 

*   *   *

 

İlyas Əfəndiyevin xatirə mərasimləri ilə bağlı geniş məlumat dərc olunmuşdur.

S.Cabbarov
("Azərbaycan" qəzeti, 4 oktyabr 2000.)

 

*   *   *

 

İlyas Əfəndiyevlə bağlı tədbirlər haqqında geniş məlumat verilmişdir.

("525-ci qəzet", 4 oktyabr 2000.)

 

*   *   *

 

İlyas Əfəndiyevin xatirə  mərasimlərindən reportaj dərc edilmişdir.

Ülviyyə Sabirqızı
("Yeni müsavat" qəzeti, 4 oktyabr 2000.)

 

*   *   *  

           

"O həmişə bizimlədir" adlı geniş reportajda İlyas Əfəndiyevlə bağlı tədbirlərdən bəhs edilir.

Ş.Tofiq
("Bakı" qəzeti, 6 oktyabr 2000.)

 

*   *   *

 

İlyas Əfəndiyevin vəfatının dördüncü ildönümünə həsr olunmuş tədbirlərlə bağlı böyük reportaj dərc edilmişdir.

 

A.İsmayıloğlu
("Ədəbiyyat qəzeti", 6 oktyabr 2000.)

 

 

*   *   *

 

Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı" kitabı haqqındakı yazıda deyilir: "Monoqrafiyada çoxsahəli yaradıcılıq yolu keçmiş yazıçının hekayə və oçerkləri, povest və romanları, dram əsərləri və ədəbi-tənqidi məqalələri təhlil olunmuş, eyni zamanda onun həyat və yaradıcılığı ilə əlaqədar bu günə qədər qaranlıq qalmış bir sıra məqamlar ilk dəfə ətraflı şəkildə işıqlandırılmışdır."

 

N.Rüstəmli
("Respublika" qəzeti, 8 oktyabr 2000.)

 

 

*   *   *

 

"Artıq xalq yazıçısı İlyas Əfəndiyev dörd ildir ki, aramızda yoxdur. Bu yoxluq cismani yoxluqdur. Onun əsərləri, zəngin irsi bizimlə daim danışır və ünsiyyətdə olur. Hər cümləsi ibrətamiz ifadələrdir. Odur ki, əsr dəyişsə də, zaman ötsə də İlyas Əfəndiyev sənəti, yaradıcılığı qəlbimizdə cavanlıq eşqi, təravəti ilə döyünən bir insan qəlbini xatırladacaq."

 

Zümrüd Bayramova
("Səs" qəzeti, 8 oktyabr 2000.)

 

 

*   *   *

 

"1996-cı il oktyabr ayının 3-də İlyas Əfəndiyev 83 yaşının içində vəfat etdi.

O zaman dəfn mərasimində ən təsirli çıxışlardan birini Tofiq Quliyev etdi və sonda özünü saxlaya bilməyərək kövrəlib mənim heç zaman unutmayacağım, deyilişi, hissiyyatı həmişə də fikrimdə səslənəcək bu sözləri dedi:

- Əziz dostum, İlyas! Tezliklə mən də sənin yanına gələcəyəm!..

Düz dörd ildən sonra, 2000-ci il oktyabrın 4-də Tofiq Quliyev 83 yaşının içində haqq dünyasına köçdü...

... Tofiq Quliyev münasibətlərdə çox səmimi idi və geniş ürəklə sənətkarların qiymətini də verməyi bacarırdı və eləcə bir səmimiliklə də İlyas Əfəndiyev haqqında xatirə yazmışdı. O xatirədə belə bir yer var:

"Yeri gəlmişkən, bir sirri  də açmaq istəyirəm. Hər ikimizin ürəyindən keçirdi ki, birgə nəsə işləyək. İllər ötür, bu istəyimiz isə baş tutmurdu. Sonralar mən bunun səbəbini tapdım. İlyas Əfəndiyevin əsərlərinin dili başdan-başa musiqidir və mən musiqiyə musiqi yazmağı heç cür dərk edə bilmirdim..."

Beləcə bir müşahidə zərifliyi, zarafat zərifliyi...

Doğrudan da ancaq Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin 20 əsəri tamaşaya qoyulmuşdu, bu tamaşalara Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Niyazi, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, sonrakı nəsil bəstəkarlarının görkəmli nümayəndələri -- Arif Məlikov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Cavanşir Quliyev və başqaları musiqi bəstələmişdi.

Halbuki İlyas Əfəndiyev ilə Tofiq Quliyevin uzun illər boyu çox isti münasibətləri, dostluqları var idi."

 

Elçin
("525-ci qəzet", 10 oktyabr 2000.)

 

*   *   *

 

İradə adlı müəllif səhv olaraq Akademik Milli Dram Teatrının yeni mövsümü B.Vahabzadənin "Cəzasız günah" əsəri ilə açdığını yazır. Halbuki, teatr yeni mövsümü də 1996-cı ildən etibarən ənənəvi olaraq İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsərinin tamaşası ilə açmışdır.

 

(Üç nöqtə" qəzeti, 12 oktyabr 2000.)

 

*   *   *

 

Asif Əliyevin İlyas Əfəndiyevin həyatının bir axşamından bəhs edən "Su, yağış aydınlıqdır" adlı hekayəsi dərc edilmişdir.

 

("Həqiqətlər və faktlar" qəeti, 13 oktyabr 2000.)

 

*   *   *

 

"Azərbaycan Milli Dram Teatrı, nəhayət ki, mövsümü açıq elan etdi. Teatrın direktoru Həsənağa Turabov bir qədər gecikdikləri üçün tamaşaçılardan üzr istədi: "Enerji xəttlərinin sıradan çıxması işimizi ləngitdi. Həmişə olduğu kimi, bu dəfə də teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə açırıq. Qarabağ alınana qədər mövsümü bu tamaşa ilə də açacağıq."

 

("Yeni müsavat" qəzeti, 13 oktyabr 2000.)

 

*   *   *

 

"Qarabağ erməni işğalından azad olmayana qədər də Azərbaycan Milli Dram Teatrı mövsüm açılışına İlyas Əfəndiyevin "Hökmdar və qızı" ilə başlayacaq."

 

("Səs" qəzeti, 22 oktyabr 2000.)

 

*   *   *

 

"Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı" kitabının bir əhəmiyyəti də ondadır ki, burada qoyulan problemlər və konkret məsələlər təqiqatçılar üçün böyük mövzudur."

 

Zümrüd Bayramova
("Səs" qəzeti, 22 oktyabr 2000.)

 

*   *   *

 

"İlyas Əfəndiyevin "Mənim günahım" tamaşasında baş rol ifaçısı olan mərhum sənətkar (İsmayıl Dağıstanlı- tərt.) oynadığı qəhrəmanın daxili dünyasına nüfuz etməyi bacarmış, onun ən xəfif könül titrəyişlərini həssaslıqla göstərmişdir."

Firdovsi Qadiroğlu
("İki sahil" qəzeti, 26 oktyabr 2000.)

 

*   *   *

 

"82 illik ömrünün 60 ildən çoxunu bədii yaradıcılıq işinə sərf etmiş, ədəbiyyatın demək olar ki, bütün janrlarında dəyərli sənət əsərləri  yaratmış, nasir, dramaturq, publisist, tənqidçi kimi tanınıb sevilmiş İlyas Əfəndiyev, sözün əsl mənsında ustad sənətkar idi."

 

İnqilab Kərimov
("Yeni Azərbaycan" qəzeti, 27 oktyabr 2000.)

 

*   *   *

 

«Oktyabrın 3-də (1996-cı il- tərt.) İlyas Əfəndiyev vəfat etdikdən sonra, düz altı ay mən, bircə dənə də olsun, kitab oxumadım (oxuya bilmədim) və yalnız dünən -- aprelin 3-də (1996-cı il- tərt.) gecə "Anna Karenina" nın ikinci cildini (beşinci - səkkizinci hissələri; niyə məhz onları? -- deyə bilmərəm) götürüb səhərə kimi oxudum."

 

Elçin
("Azərbaycan" jurnalı, 2000, 10.)

 

*   *   *

 

"16 yaşımda ikən İlyas Əfəndiyevin "Körpüsalanlar" əsərinin radio tamaşasına qulaq asandan sonra görkəmli sənətkar H.Salayevin sənətinə və səsinə vurulub ona aktrisa olmaq istədiyimi bildirən sevgi dolu məktub yolladım...

İlyas Əfəndiyevin qəhrəmanlarına qəlbimdə çox minnətdaram ki, onlar məni aktrisa olmağa sövq ediblər..."

Kübra Əliyeva
("İki sahil" qəzeti, 7 noyabr 2000.)

 

*   *   *

 

Qulam Məmmədli özünə xas olan bir səliqə və həvəslə  "Azərbaycan teatrının salnaməsi" kitabı haqqında kiçik yazılı rəylər, təəssüratlar yığırdı və tədqiqatçı Maarif Teymur həmin rəylərdən ibarət kitab nəşr etdirib. Kitabda İlyas Əfəndiyevin belə bir avtoqrafı da verilmişdir: "Əziz Qulam müəllim! Teatr tariximizin tədqiqinə dəyərli bir hədiyyə olan bu gözəl kitab gələcək nəsillərə unudulmaz yadigardır. Siz çox nəcib və fədakar bir iş görmüsünüz. İlyas Əfəndiyev. 20.07.1982."

("250 avtoqraf". Bakı, "Şuşa"  nəşriyyatı, 2000.)

 

*   *   *

 

"- ... İlyas Əfəndiyev kimi bir dramaturqla işləmək xoşbəxtlikdir. Mənim bir aktyor kimii yetişməyimdə İlyas Əfəndiyevin çox böyük rolu olmuşdur. Qazandığım nailiyyətlərə görə onun ruhu qarşısında borcluyam...

- Sizi nəzərdə tutub hansı dramaturqsa bir surət yaradıbmı?

- Bəli, İlyas Əfəndiyev "Tənha iydə ağacında" Gülgəz rolunu mənə yazıb. Mən bu rolu sevə-sevə yaratmışam."

 

Firəngiz Mütəllimova
("İki sahil" qəzeti, 14 noyabr 2000.)

 

*   *   *

 

"... İlyas Əfəndiyevin "Atayevlər ailəsi" teletamaşasında şəhər merinin xanımı... və başqa bu kimi obrazları yaratmaqla Zərnigar xanım (Ağakişiyeva- tərt.) tamaşaçıların məhəbbətini qazanmışdır."

 

Əkrəm Məmmədəminoğlu
("Azad Azərbaycan" qəzeti, 15 noyabr 2000.)

 

 

 


Səhifələr : 1 2 3 4

 

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011