KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

2 0 0 0 / səhifə 2

Səhifələr : 1 2 3 4

 

"Elm" nəşriyyatı Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı" adlı 308 səhifəlik elmi monoqrafiyasını nəşr etmişdir. Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyevdir.

Kitab "Giriş"dən, dörd fəsildən və "Nəticə"dən ibarətdir.

"Giriş"də müəllif İlyas Əfəndiyevin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatı tarixində tutduğu yerdən, əsərin yazılma səbəblərindən bəhs edir.

"Həyat yolu. Ədəbi qaynaqlar." adlanan I fəsildə "Uşaqlıq və gənclik illəri", "30-cu illərin ictimai-siyasi həyatı və yazıçı taleyi", "Bakı ədəbi mühitində" mövzuları qələmə alınmışdır.

"Bədii nəsrin uğurları" adlı II fəsil "Nəsrdə ilk addımlar. Hekayələrdə epik və lirik səhnələr,", "Povest və romanlarında müasir həyatın inikası", "Yazıçı və tarix" yarımfəsillərindən ibarətdir.

III fəsil "Dramaturgiyasının özünəməxsusluğu" adlanır və burada "İntizar"la başlanan yol", "Mənəvi gözəlliyin lirik-psixoloji təsviri", "Tarixi simalarn səhnə həyatı" mövzuları öz əksini tapmışdır.

Nəhayət, "Bədii-estetik görüşləri" adlı IY fəsildə müəllif "Ədəbiyyat haqqında düşüncələr, "Teatr və səhnə problemləri", "Elm, mədəniyyət və incəsənət məsələləri" mövzuları üzərində tədqiqat işi aparmışdır.

"Nəticə"də İlyas Əfəndiyevi "müasir ədəbiyyatımızın canlı klassiki" adlandıran müəllif yazır: "Azərbaycan xalqı öz tarixi inkişafının ayrı-ayrı mərhələlərində ədəbiyyat və mədəniyyətimizə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. İlyas Əfəndiyev də xalqımızın XX əsrdə yetişdirdiyi ən işıqlı və istedadlı şəxslərindən biridir. Xalqımız Nizami və Füzuli, M.F.Axundov və C.Məmmədquluzadə, S.Vurğun və R.Rza,Ü.Hacıbəyov və Y.Məmmədəliyev, Q.Qarayev və F.Əmirovla fəxr etdiyi kimi, İlyas Əfəndiyevin yaradıcılığı ilə fərəhlənir və qürur hissi keçirir."

Kitabın sonunda "İstifadə olunmuş ədəbiyyatın siyahısı" verilmişdir.

 

Əmin Əfəndiyev
(İlyas Əfəndiyevin yaradıcılığı. Bakı, "Elm", 2000.)

 

*   *   *

 

Bəxtiyar Vahabzadənin anadan olmasının 75 illiyi münasibətilə  qəzet İlyas Əfəndiyevin vaxtilə şair haqqında yazdığı aşağıdakı fikri birinci səhifəsində dərc etmişdir:

"Həqiqi sənət əsəri, həqiqi sənətkar zahiri hay-küyçülükdən, sadəlövh heyranlıqdan, mədhiyyəçilikdən uzaqdır. O, bu həyatın dərinliklərinə nüfuz etməyə, onun dərdini-sərini duyub dərk etməyə can atır. O, bəzən od tutub yanır, bəzən Prometey kimi üsyankar, bəzən məsum uşaq kimi kövrək olur və bu zamanlar da onun Lirası insanın qəlbini sarsıdan, ruhi aləmini təlatümə gətirən ülvi bir avazla səslənir. Və biz ona Şair deyirik.
Bəxtiyar Vahabzadə belə sənətkarlardandır.

İlyas ƏFƏNDİYEV
("Ədəbiyyat qəzeti", 11 avqust 2000.)

 

*   *   *

 

Kitabda İlyas Əfəndiyev haqqında "Sənət marafonçusu" adlı böyük məqalə nəşr olunmuşdur. Məqalədən kiçik bir parça:

"Sonuncu dəfə gördüyüm İlyas müəllim ölümündən min ağac uzaq adam təsiri bağışlayırdı. Yaşının səksəni ötməsinə baxmayaraq, onun üzü keçmişə tərəf deyil, gələcəyə doğru çevrilmişdi. O, üzərində işlədiyi yazılardan danışırdı. Kiçik povest və hekayələrdən ibarət kitabının çapının nə vəziyyətdə olduğu ilə maraqlanırdı. Xalq yazıçısının ölümündən az sonra çıxan bu kitab (söhbət İlyas Əfəndiyevin 1997-ci ildə nəşr olunmuş "Sən ey böyük yaradan" adlı kitabından gedir- tərt.) onun yaradacılığının pərəstişkarlarını bir daha həmişəyaşar İdlyas Əfəndiyev sənəti, İlyas Əfəndiyev fenomeni üzərində düşünməyə vadar etdi. Bu kitab 60 illik əzablı və çətin sənət marafonunu sona qədər dizi bükülmədən, nəfəsi təngimədən qət edən əsl sənətkarın daha bir qələbəsindən (bəlkə də yaxınlaşan ölüm üzərində qələbəsindən) soraq verirdi. İlyas müəllim ömrünün son günlərinə qədər özünün daimi iş yerindən -- yazı masasından ayrılmamışdı. Vəfat etdiyi gün Elçin göz yaşlarını çətinliklə boğaraq onun yazı stolunun üzərində yarımçıq əlyazmasının, istedadlı müğənni Qəndab Quliyeva haqqında qeydlərin qaldığını söylədi..."

 

Vilayət Quliyev
(Tarixdə iz qoyan şəxsiyyətlər.   Bakı, "Ozan", 2000.)

 

*   *   *

 

"Tamaşaçılar onun (aktyor Kamil Qubuşovun- tərt.)... İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən"ində Fərəc... kimi obrazlarını bəyənmiş və yüksək qiymətləndirmişlər."

Adilə Qocayeva
("İki sahil" qəzeti, 17 avqust 2000.)

 

*   *   *

 

Ədəbiyyatşünas Arif Səfiyevin "Azərbaycan dramaturgiyası müasir mərhələdə (1960-80-ci illər)" kitabı haqqında yazılmış resenziyada deyilir: "Ədəbiyyatımızda 60-80-ci illər Azərbaycan dramaturgiyasının əsasını təşkil edən İlyas Əfəndiyev yaradıcılığı xüsusi yer tutur. Dramaturqun "Sən həmişə mənimləsən" (1964), "Unuda bilmirəm" (1969), "Məhv olmuş gündəliklər" (1970), "Büllur sarayda" (1983) və s. kimi tamaşalarının ideya-bədii xüsusiyyətləri tənqidçi A.Səfiyev tərəfindən ədəbi tənqidin tədqiqat obyekti olur. Müəllif İlyas Əfəndiyevin dramaturgiyasının ideya-estetik vəhdətini, bədii xüsusiyyətlərini araşdıraraq bu qənaətə gəlir: "... İlyas Əfəndiyevin dramaturgiyası dərin müasirlik keyfiyyətinə malikdir..."

 

Bədirxan Əhmədov
("Azərbaycan" jurnalı, 7, 2000, səh. 182.)

 

*   *   *

 

"... Ecazkar aktrisa Bəsti Cəfərova gözəl əhvali-ruhiyyədədi. Səbəbini bizimlə söhbətində açıqladı: "Yeni rol üzərində işləməyə başlayıram. Elçinin "Poçt şöbəsində xəyal" əsəridi. Çox gözəl əsərdi. Mənə elə gəlir ki, indiyədək belə rol oynamamışam. Əvvəldən Həsənağa Turabov demişdi ki, yaxşı bir əsər olacaq. Əla qadın obrazı var... Buna xoş təsadüf deyirlər. Çox şadam." Bəsti xanımın şadyanalığı görkəmli drpamaturq İlyas Əfəndiyev xəttinin bir növ onun ailəsi -- oğlu Elçin tərəfindən davam etdirilməsi sarıdandı. Sevinir ki, Elçin öz əsərində məhz onu görmək istəyib... "Bir dəfə Tofiq Kazımovun banketində Elçin zarafatla dedi ki, sən daha bizləri bəyənməzsən. Təbii ki, o, atası İlyas müəllimin gözəl pyeslərini nəzərdə tuturdu. Dedim, niyə ki, yaxşı ənənələri davam etdirmək lazımdı." Bu da davamı. Yeni əsər. Yeni obraz. Danışıqlarından görünürdü ki, Bəsti xanım yeni rolundan həddən-zəyadə razıdı."

 

Məlahət
("Şərq" qəzeti, 3 sentyabr 2000.)

 

*   *   *

 

"Mən İlyas Əfəndiyev haqqında "Sən həmişə bizimləsən" xatirələr kitabında yazmışdım:

"O (və onlar!) bizimlədir.

Həm bizim ürəyimizdə, həm də bizim başımızın üstündə."

İlyas Əfəndiyev bu dünyada səksən iki il ömür sürdü və haqq dünyasına köçüb bizim başımızın üstünə qalxdı.

Yalçın da, elə bil, özü tələsdi və həmin Yalçın işığı, Yalçın təmizliyi, Yalçın istedadı bu dünyadakı iyirmi səkkiz illik ömürdən sonra onu bizim başımızın üstünə qaldırdı."

 

Elçin
(Qısa ömrün əbədiyyət akkordları, (İlyas Əfəndiyevin nəvəsi rəssam Yalçın Əfəndiyev haqqında xatirə  kitab-albom), Bakı, Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2000, səh. 5.)

 

*   *   *

 

Kitabda "müasir ədəbiyyatımızın ən işıqlı simalarından" adlandırılan İlyas Əfəndiyev haqqında ayrıca oçerk və yazıçının "Qarı dağı" əfsanəsi çap olunmuşdur.

(Ədəbiyyat. 6-cı sinif üçün dərslik, Bakı, 2000.)

 

*   *   *

 

"Biz İlyas müəllimin bitgin, samballı əsərlərində oynamağa elə bil adət etmişdik. O, bizim üçün ölməyib və mən sevinirəm ki, bu əsərin (söhbət xalq yazıçısı Elçinin "Poçt şöbəsində xəyal" əsərindən gedir- tərt.) premyerasında Əfəndiyevlər nəsli ilə görüşəcəyik."

Bəsti Cəfərova
("Hürriyyət" qəzeti, 7-8 sentyabr 2000.)

 

*   *   *

 

"Aspiranturaya qəbul olunub teatrşünaslıqla məşqul olmaq istəyən Vəfanı (Fətullayeva- tərt.) görkəmli rejissor Tofiq Kazımov teatra dəvət edir və ona İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesində Fəridə rolunu tapşırır.

Vəfa... gənc, gözəl, nəcib hissləri coşub-daşan və daxili varlığı qaynar çeşməyə bənzəyən Fəridəyə "çevrilmişdi".

Adilə Qocayeva
"İki sahil" qəzeti, 13 sentyabr 2000.

 

*   *   *

 

"Azərbaycan nəsrinin canlı, təravətli bədii surətlər və əlvan təsvir vasitələrilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin böyük yaradıcılıq xidmətləri vardır. Yarım əsr ərzində onun səhnəmizə verdiyi qiymətli əsərlər əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrlarımızın bütöv bir nəsli yetişib püxtələşmiş, "İlyas Əfəndiyev teatrı" bərqərar olmuşdur."

Bəkir Nəbiyev
Şamil Salmanov
(Ədəbiyyat. XI sinif üçün dərslik Bakı, 2000.)

 

*   *   *

 

"Azərbaycan Milli Dram Teatrının aktrisası Bəsti Cəfərovanın Elçinin "Poçt şöbəsində xəyal" tamaşasında oynayacağı Ədilə obrazı ən yeni işlərindən olacaq. Aktrisa görkəmli dramaturq İlyas Əfəndiyevin Mərahim Fərzəlibəyovun quruluş verdiyi "Polkovnik Allahyarov" əsərində də rol alacağına ümid edir və öz sözləri ilə desək: "Mən həmişə İlyas Əfəndiyevin pyeslərində oynamaq istəmişəm. İlyas müəllim bəzi əsərlərində mənim üçün rollar nəzərdə tuturdu. "Büllur sarayda" əsərini teatra təqdim edəndə o, mənə "Qarabağnamə" əsərini oxumağı tövsiyə etdi. Sonradan Xurşidbanu Natəvanın bibisi, Fətəli xanın zövcəsini oynamaq da mənə həvalə olundu." Dram Teatrında mövsümü açacaq "Hökmdar və qızı" tamaşasında Bəsti xanım Ağabəyimağanı oynayacaq. "Dəlilər və ağıllılar" tamaşasında isə tamaşaçılarla Azadə xanım kimi görüşəcək."

 

Gültəkin
("525-ci qəzet", 22 sentyabr 2000.)

 

*   *   *

 

Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı" monoqrafiyası haqqında yazılmış geniş məqalədə deyilir: "İlyas Əfəndiyev öz yaradıcılığında bu böyük əsrdə ədəbi mübarizənin ən əsas yollarından və hadisələrindən birini təmsil edən sənətkardır, yenilikçidir. O, əsrin ədəbi-estetik dəyərlərinin yaradıcılarından biridir. Və məhz bu səbəbdən də onun yaradıcılığı -- əsərləri və görüşləri diqqətlə, hərtərəfli və dərindən öyrənilməyə layiqdir."

 

Şamil Salmanov
("Ədəbiyyat qəzeti", 29 sentyabr 2000.)

 

*   *   *

 

"Azərbaycan Elmlər Akademiyası və Milli Dram Teatrı xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə bizimləsən" mərasimi və Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı" adlı monoqrafiyasının təqdimatını keçirir.

Mərasim oktyabr ayının 3-də saat 14-də Fəxri Xiyabanda başlayıb, saat 15-də Azərbaycan Milli Dram Teatrının binasında davam edəcək."

("Ədəbiyyat qəzeti", 29 sentyabr 2000.)

 

*   *   *

 

"Həyatda şəxsiyyətini, mənliyini sevdiyin insanın yoxluğu sənin üçün ölümə bərabər bir şeydir. Və bu yoxluq qəlbində bir boşluq yaradır. Artıq 4 ildir ki, İlyassevərlər cismani yoxluqla yaşayır. Amma nə yaxşı İlyas Əfəndiyev ədəbi irsi, ədəbi məktəbi var! Və İlyas Əfəndiyev yaradıcılığı pərəstişkarlarının qəlbində onu həmişəyaşar sənətkara çevirib."

 

Qərənfil Dünyaminqızı
("Əlillər" qəzeti, 29 sentyabr 2000.)

 

*   *   *

 

"Atam üçün XIX əsr fransız ədəbiyyatında iki böyük fiqur var idi: Stendal və Balzak.

Qəribədir, mən Stendalı bu dərəcədə qbul edə bilmirm, mənim üçün o, Düma tipli bir yazıçıdır, amma Dümanı daha maraqla oxuyuram, çünki Düma macəraçıdır və onda ciddi ədəbiyyat iddiası yoxdur.

Stendal isə -- iddiadır.

Atam deyirdi:

- Yaxşı, mən səhv edirəm, bəs Qoca?

"Qoca" -- yəni Lev Tolstoy."

 

Elçin
("Azərbaycan" jurnalı, 2000, 9.)

 

*   *   *

 

"İLYAS ƏFƏNDİYEVİN BİR CÜMLƏSİ

 

İlyas Əfəndiyevin ilk hekayəsi "Berlində bir gecə" adlanır, 1939-cu il yanvarın 26-da dərc edilib v orada, gənc qəhrəmanın daxili aləmi təsvir olunarkən, misal üçün, belə bir cümlə var: "Könlündəki fərəhli duyğular, təzə bahar sabahlarında, üzərindən duman şırımları sürünən şehli bnövşələrin rayihələri qədər xəfif və sevimli idilər."
Bu gün bu cümlə, bu cümləni yaradan bədii-estetik ab-hava həddən artıq poetik görünə bilər, ancaq məsələ burasındadır ki, Azərbaycan ədəbiyyatı ilə bağlı belə bir müasir qiymət meyarını (zövqü, bədiiyyata münasibəti, bədiiyyatdan ummağı) elə həmsin cümləni (cümlələri!) ərsəyə gətirən o bədii-estetik ab-hava yardıb, təməl -- odur.

Yəqin elə buna görə də, altmış il keçməsin baxmayaraq, yeni Azərbaycan ədəbiyyatı haqqında düşünəndə, onu tədqiq və təlil etdikdə İlyas Əfəndiyevin, eləcə də Ənvər Məmmədxanlının gənclik illərində yazdıqları o hekayələr yada düşür, onların öz zəmanəsinin kontekstindəki təravətini, onlardakı yeni nəfəsi bu gün də hiss edirsən, duyursan.

İlyas Əfəndiyevin də, Ənvər Məmmədxanlının da otuzuncu illərdə, qırxıncı illərin əvvəllərində yazdıqları o gənclik hekayləri, sovet ədəbiyyatının simasını hakim ideologiyanın və sənət sahəsində inzibati stalinizmin tələb etdiyi Çapayev və Pazlik Marozov müəyyənləşdirdiyi bir dövrdə, Azərbaycan nəsrində estetik keyfiyyət dəyişikliyi yarattdı, o təhkiyə və o təhkiyəni doğuran şüur axını nəsrimizdə otuz ildən, qırx ildən, əlli ildən sonrakı (və gələcəkdəki!) uğurların binövrəsini qoydu."

 

Elçin
("Azərbaycan" jurnalı", 2000, 9.)

 

*   *   *

 

"... İlyas Əfəndiyev üçün XX əsrin nəsiilk növbədə ABŞ nəsridir: "Folkner, Heminquey, Dos Passos, Steynbek, Kolduell, Sellincer, Apdayk..."

 

Elçin
("Azərbaycan" jurnalı, 2000, 9.)

 

*   *   *

 

"Bir gün Mərkəzi Komitədən zəng vurub dedilər ki, gözlə, Heydər Əliyev indi səninlə danışacaq... Heydər Əliyevin səsini eşitdim:

- Zeynəb, sənə dənizin kənarında, Hökumət Evinin yanında, şəhərimizin ən müasir binasında ev veririk. Azərbaycanın ən qüdrətli, ən böyük, mənim ən çox sevdiyim, hörmət etdiyim, əsərlərini dönə-dönə oxuduğum bir insanla qonşu olacaqsan!

Fikirləşdim ki, ay Allah, görəsən, bu insan kimdir? Elə Heydər Əliyevin özü məni bu nigarançılıqdan xilas etdi:

- İlyas Əfəndiyevlə qonşu olacaqsan!

Dedim:

- Çox sağ olun, Heydər müəllim! Allah Sizə ömür versin! Sevgimizi tərəzinin gözünə qoysalar, elə bir gələr!.."

 

Zeynəb Xanlarova
("Azərbaycan" qəzeti, 3 oktyabr 2000.)

 

 

 


Səhifələr : 1 2 3 4

 
   
 
       
     © Musigi Dunyasi, 2011