KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

VƏFATINDAN SONRAKI İLLƏRDƏ İLYAS ƏFƏNDİYEV HAQQINDA DƏRC OLUNMUŞ YAZILARDAN SEÇMƏLƏR

Səhifələr : 1 2 3 4 5 6 7 8 9 10

 

 

"Azərbaycan universitetinin kollektivi Elçin və Timuçin Əfəndiyev qardaşlarına
unudulmaz xalq yazıçısı və böyük dramaturq İlyas Əfəndiyevin vəfatı ilə əlaqədar kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir."

("Xalq qəzeti", 11 oktyabr 1996.)

 

*   *   *

 

"Bakı şəhər icra hakimiyyəti başçısının müvini F.Axundov və humanitar məsələlər üzrə şöbənin işçiləri: Z.Cəfərova, E.Nəcəfov, Q.Bəbirov, Z.Rzayev Elçin Əfəndiyevə atası, xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndliklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

("Bakı" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Böyük sənətkarımızı, xalqımızın ən işıqlı övladlarından birini -- İlyas Əfəndiyevi itirdik. İlyas Əfəndiyev əslinə-nəslinə yaraşan şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də namuslu ömür sürdüyünü özü bəyan etmirdi, qələmindən ayrılmadan son günlərinəcən halal zəhmətiylə, hər cürə intiriqalardan, həsəddən və nifrətdən uzaq bir aləmdə -- sənət dünyasında yaşadığı həyatıyla sübut edirdi. Nəsrimizin ən dəyərli örnəklərindən olan "Geriyə baxma, qoca" romanını yaratmış İlyas müəllim Qarabağda keçən uşaqlığını, gəncliyini, ömrünün gerisində, keçmişində qalmış elat yaşamını canlı səhnələriylə, koloritli simalarıyla, dəqiq ayrıntılarıyla həmişə xatirələrində saxlayırdı, amma o, sənətimizin üzü geriyə yox, irəliyə baxan mütərəqqi fədaisi idi.

... İlyas Əfəndiyev canlı klassik idi və böyük sələfləri, çağdaşları, çiyindaşları uyuduğu torpaqda, onların yanında, onların əhatəsində əbədiyyətə qovuşdu.

... İlyas Əfəndiyevin ölümü -- ədəbiyyatımız üçün, teatrımız üçün böyük itgidir. Və şəxsən mənim üçün də ağır itgidir. O, valideyn, indiki zamanda gündüz çıraqla axtarılan ziyalılardan idi. Atamın dostu və dostumun atası idi."

Anar
("Ədəbiyyat qəzeti", 11 oktyabr 1996.)

 

*   *   *

 

"İlyas müəllim, Siz öz böyüklüyünüzü gələcək nəsillərə sözünüzlə sübut edəcəksiniz. Şahnazın, Aynurun, Nərminin məhəbbəti illəri, əsrləri adlayacaq, gələcək nəsilləri də beləcə riqqətə gətirəcək. Təkcə məhəbbətmi? Bəlkə mən vətən, torpaq həsrətini unutdum? İlyas müəllim, Siz Natəvan sevgisi və qeyrəti ilə gələcək nəsillərə Qarabağ yanğısından söhbət açdınız. Heç kəsin cəsarəti çatmayanda Sizin qələminiz qılınc kimi parladı və bizə o illərin həqiqətini söylədi... Bəs Cənub həsrəti...

... Dünyanızı dəyişsəniz də mən Nargilənin diliylə belə deyirəm: "... Siz həmişə mənimləsiz." "Axı, mən Sizsiz necə yaşaya bilərəm?" Siz həmişə bizimləsiz, İlyas müəllim!.."

Amalya Pənahova
("Ədəbiyyat qəzeti", 11 oktyabr 1996.)

 

*   *   *

 

"İtgimiz, dərdimiz ölçüsüzdür. Böyük sənətkarımız, xalqımızın sevimli oğlu İlyas Əfəndiyevlə vidalaşdıq. "Vida" çox ağır sözdür. Onu dilə gətirmək çətindir. Ancaq nə qədər ağır olsa da, biz indi bu sözü deməyə məcburuq. Bu əvəzsiz itgi, bu qəfil ayrılıq kədəri hələ bizi çox yandıracaq, qəlblərimizi çox göynədəcək.

Biz İlyas Əfəndiyevə çağdaş ədəbiyyatımızın canlı klassiki deyir və onun aramızda olması ilə fəxr edirdik."

Hüseyn Abbassadə
("Ədəbiyyat qəzeti", 11 oktyabr 1996.)

 

*   *   *  

 

"Azərbaycan ədəbiyyatı və mədəniyyətini unudulmaz əsərləri ilə zənginləşdirən böyük sənətkarımız İlyas Əfəndiyevin vəfatı ölkəmizdə və xaricdə ədibin milyonlarla oxucusunu dərindən kədərləndirmişdir.

Azərbaycandilli xarici redaksiyalar ("Azadlıq" və s.) dinləyicilərə ədibin həyatı və yaradıcılığına dair verilişlər təqdim etmişlər.

Vətənimizdən uzaqlarda yaşayan soydaşlarımız səfirliklərimizə gədib ədəbiyyatımıza, mədəniyyətimizə üzv vermiş böyük kədərə səmim-qəlbdən şərik olduqlarını bildirirlər.

Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən, eləcə də xarici dövlətlərin respublikamızdakı səfirliklərindən başsağlıqları alınmışdır. İran İslam Respublikasının Bakıdakı səfiri Əli Rza Beqdelinin göndərdiyi teleqramda deyilir: "Bu gün Azərbaycan elə bir insanla vidalaşır ki, o, vüqarlı ədəbiyyat və incəsənət ağacının köklərinə ünsiyyət, ülfət və mehribanlıq duyğuları hopdurmuşdur və indi həmin ağacın yarpaqları bu böyük insana vida nəğməsi oxumaqdadır.

... İlyas Əfəndiyev cənablarının vəfatı ilə əlaqədar öz adımdan aə İİR səfirliyinin əməkdaşları adından sizə dərin hüznlə başsağlığı verir, qadir Allahdan mərhuma rəhmət və onun əzizlərinə səbr diləyirəm.

Şübhə yoxdur ki, mərhumun zəkası və qələminin məhsulu olan sənət inciləri sizlər və mədəniyyət, incəsənət, ədəbiyyat yolunun digər mübarizləri tərəfindən unudulmayacaqdır."

("Ədəbiyyat qəzeti", 11 oktyabr 1996.)

 

*   *   * 

 

CANLI BİR HEYKƏLDİN

 

"Bahar suları"yla çağladın, daşdın,

Gör necə sürətlə dindin, danışdın.

Sənət atəşiylə yandın, alışdın,--

Guruldayan seldin, İlyas müəllim.

 

Yurda "Xan qızı" tək əsəri verdin,

Həmişə vüqarla öndə gedirdin.

Xalqa oğul kimi xidmət edirdin

Bir gör neçə ildi, İlyas müəllim.

 

"Sarıköynək..." gözəl nağıl, inci, zər,

Tarixə həkk olub gör neçə əsər;

Hər incə mətləbdən verirdin xəbər,

Sarı simdin, teldin, İlyas müəllim.

 

Şəfəqin, nurundur--uca dağa bax,

Qəlbinin ağrısı doğma Qarabağ,

Köksündə açılan yaralara bax,--

Sağalan deyildi, İlyas müəllim.

 

Tükənmək bilmirdi şövqün, həvəsin,

Verirdin bizlərə həqiqət dərsin.

Gedirdi, gəlirdi xalqla nəfəsin,

Vətən, oba, eldin, İlyas müəllim.

 

Hey yazır, yazırdın iş otağında...

Bir qızıl tac idin sənət bağında.

Əbədiləşmişdin öz varlığında,

Canlı bir heykəldin, İlyas müəllim.

 

Ramiz Heydər
("Ədəbiyyat qəzeti", 11 oktyabr 1996.)

 

*   *   *

 

"Azərbaycan Yazıçılar Birliyinin idarə heyəti, "Ədəbiyyat qəzeti"nin redaksiya heyəti və əməkdaşları Elçin və Timuçin Əfəndiyevlərə unudulmaz sənətkarımız İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

("Ədəbiyyat qəzeti", 11 oktyabr 1996.)

 

*   *   *

 

"Anar və Zemfira dostları Elçin və Timurçin Əfəndiyevlərə unudulmaz sənətkarımız İlyas Əfəndiyevin vəfatı münasibəti ilə dərin hüznlə başsağlığı verirlər."

("Ədəbiyyat qəzeti", 11 oktyabr 1996.)

 

 

*   *   *

 

"Aqşin Babayev, Mehman Qayıbov, Məzahir Həsənov Elçin və Timuçin Əfəndiyevlərə əzizləri, xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

 ("Azərəbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

 

*   *   *

 

"Lənkəran Dövlət Universitetinin rəhbərliyi və kollektivi Elçin və Timuçin Əfəndiyevlərə ataları, xalqımızın böyük sənətkarı, əziz və unudulmaz İlyas Əfəndiyevin
vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

("Azərbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Azərittifaqın kitab kantoru "Azkoopkitab" Elçin Əfəndiyevə və Çingiz Əlioğluna əzizləri, xalqımızın görkəmli yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə baş sağlığı verir."

 

("Azərbaycan" qəzeti 11 oktyabr 1996.)

 

*   *   *

 

"Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Sahib Əkbərov və aparatın kollektivi Baş nazirin müavini Elçin Əfəndiyevə atası, xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

 

("Azərbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

 

*   *   *

 

"Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Ş.Abuşov və aparatın kollektivi Baş nazirin müavini Elçin Əfəndiyevə atası İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

 

("Azərbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

 *  *   *

 

"Nərimanov rayon icra hakimiyyətinin başçısı Mübariz Rəcəbov ailəsi ilə birlikdə Elçin və Tmuçin Əfəndiyevlərə ataları, unudulmaz sənətkar, xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir."

 

("Azərbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutu rektorluğu və professor-müəllim heyəti Elçin və Timuçin Əfəndiyev qardaşlarına ataları, respublikanın xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

 

("Azərbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Quba rayon icra hakimiyyətinin başçısı Vaqif Mahmudov xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, Əfəndiyevlər ailəsinə dərin hüznlə başsağlığı verir."

 

("Azərbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Azərbaycan Dövlət Neft Akademiyasının rektorluğu: P.Məmmədov, Z.Əhmədov, İ.Əfəndiyev, R.Həsənov, R.Quluzadə, B.Hacıyev və N.Şıxıyev Elçin və Timuçin Əfəndiyevlərə ataları, xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

 

("Azərbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Azərbaycan Elmi-Tədqiqat Reablitasiya İnstitutunun və N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin fizioterapiya kursunun əməkdaşları: Ə.V.Musayev, H.Bədəlov, Ş.Həsənov Elçin Əfəndiyevə və Üzeyir Məmmədova əzizləri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

 

("Azərbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasının əməkdaşları universitetin rektoru, professor Timuçin Əfəndiyevə xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bilirir və dərin hüznlə başsağlığı verirlər."

 

("Azərbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə hərəkəti və bədən tərbiyəsi" kafedrasının əməkdaşları universitetin rektoru, professor T.Əfəndiyevə atası İlyas Əfəndiyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verirlər."

 

("Azərbaycan" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Liberal-press" qəzetinin redaksiya heyəti Elçin və Timurçin Əfəndiyevlərə əziz ataları İlyas Əfəndiyevin vəfatından kədərlənir və dərin hüznlə başsağlığı verirlər."

 

("Liberal-press" qəzeti, 11 oktyabr 1996.)

 

 

 

 


Səhifələr : 1 2 3 4 5 6 7 8 9 10

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011