KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

VƏFATINDAN SONRAKI İLLƏRDƏ İLYAS ƏFƏNDİYEV HAQQINDA DƏRC OLUNMUŞ YAZILARDAN SEÇMƏLƏR

Səhifələr : 1 2 3 4 5 6 7 8 9 10

 

 

"Mirvari Rəhimzadə Nəzihə xanım Əfəndiyevaya əziz qardaşı, xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərlənir və dərin hüznlə başsağlığı verir."

 ("Liberal-press" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Qaçqınlar Komitəsinin sədri Gülabbas Qəhrəmanov Baş nazirin müavini Elçin Əfəndiyevə əziz atası, Respublikanın xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin."

("Vətən səsi" qəzeti, 11 oktyabr 1996.)

 

*   *   *

 

"Görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyev oktyabrın 4-də Fəxri Xiyabanda son mənzilə yola salındı...

Allah rəhmət eləsin! Füzulidən narahat qəbri nurla dolsun! Gün o gün olsun, böyük dramaturqun Füzulidə əbədi abidəsi qoyulsun!.."

 "Təzadlar" qəzeti, 11 oktyabr 1996.

 

*   *   *

 

"İki sahil" qəzetinin əməkdaşları unudulmaz sənətkar, Respublikanın xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

("İki sahil" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Azərbaycan Demokratik İstiqlal Partiyasının rəhbərliyi: Vaqif Kərimov, Gündüz Cəlilov, Vilayət Quliyev, Mübariz Qurbanlı Elçin və Timuçin Əfəndiyev qardaşlarına əziz ataları, xalqımızın görkəmli oğlu, unudulmaz sənətkarımız, xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!"

("İki sahil" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Abid Tahirov və Vüqar Səfərov Elçin Əfəqndiyevə atası, xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərlənir və dərin hüznlə başsağlığı verirlər.

Məzarı nurla dolsun!"

("İki sahil" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Mədəniyyət Nazirliyinin kollektivi xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərlənir, mərhumun övladlarına: Elçin və Timuçin Əfəndiyevlərə dərin hüznlə başsağlığı verirlər."

("Mədəniyyət" qəeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Şahmar Əkbərzadə "Mədəniyyət" qəzetinin kollektivi ilə birlikdə xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərlənir, Elçin və Timuçin Əfəndiyevlərin, Çingiz Əlioğlunun, habelə bütün sənətsevərlərin dərdinə şərik çıxır."

("Mədəniyyət" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"TORPAQ HƏSRƏTİNƏ BƏRABƏR İTGİ

Azərbaycan ədəbiyyatı və mədəniyyətinə ağır itgi üz verdi.

Görkəmli nasir və dramaturq, xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 82 yaşında vəfat etdi.

Bu gün bu itginin ağrısını yaşamaq bizlərə nəsib oldu. Bu itgi yurd itgisinə, torpaq həsrətinə bərabər olacaq bir itgidir, ayrılıqdır. Ədəbiyyatımızın, mədəniyyətimizin yarpaq tökümü baş verib. Neçə-neçə dahilərimiz əbədi olaraq gözlərini bu dünyaya yumublar. Onları əsərləri əsrlər boyu yaşadacaq.

Allah rəhmət eləsin, qəbriniz nurla dolsun, İlyas müəllim!

Biz -- Sizin oxucularınız "Dağlar arxasında üç dost"la, "Söyüdlü arx"la, "Körpüsalanlar"la birlikdə "Büllur sarayda" "Atayevlər ailəsi"nə qonaq olaraq, "Qəribə oğlan"la birlikdə "Bizim qəribə taleyimiz"i yaşayaraq "Sarıköynəklə Valehin nağılı"na qulaq asa-asa "Mahnı dağlarda qaldı" həsrətini yaşayacağıq. Bu həsrət bizi keçmişə - "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Polkovnik Allahyar bəy"lə tariximizə səsləyəcək. "Geriyə baxma, qoca" deyib yaşının ixtiyar vaxtında əlinə "Üçatılan" alan sevimli yazıçımız həmişə bizimlədir. Həmişə gəncliklədir. Daim ürəyimizdə bir nida səslənəcək: "Sən həmişə bizimləsən"!!!"                                   

"Gənclik" jurnalı və "R.S. Gənclik" qəzetinin kollektivi
("Gənclik" qəzeti, 12-19 oktyabr 1996.)

 

*   *   *

 

"ÖZ YERİ, ÖZ SÖZÜ OLAN YAZIÇI

Xalq yazıçısı İlyas Əfəndiyev dünyasını dəyişdi. Payız, ədəbiyyatımızın və dramaturgiyamızın cəfakeşlərindən birini apardı.

Çoxlarının oxucu yaddaşına "Söyüdlü arx"la gələn İlyas Əfəndiyevin sonrakı fəaliyyəti unudulmaz bir təsir bağışlayır. Bu dövrdə İlyas müəllim bir sənətkar kimi, həm nəsr, həm də dramaturgiyanı qoşa qanadtək taraz saxlamağa çalışdı.

Bir yandan "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" kimi romanlarını, bir yandan da "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", " Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Bizim qəribə taleyimiz", "Şeyx Məhəmməd Xiyabani" kimi pyeslərini yazdı..

İlyas müəllimin bir insan kimi də, bir yazıçı kimi də ədəbiyyat aləmində həmişə öz yeri, öz sözü olubdur. Öz yeri olanların isə yeri həmişə görünür."

("Müstəqil qəzet", 12 oktyabr 1996.)

 

*   *   *

 

"Müstəqil qəzet"in redaksiya heyəti xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərlənir, onun ailəsinə, əzizlərinə dərin hüznlə başsağlığı verirlər."

("Müstəqil qəzet", 12 oktyabr 1996.)

 

*   *   *

 

ADP-nin Siyasi Şürası və "Demokratik Azərbaycan" qəzetinin yazdığı nekroloqda deyilir:

"İlyas Əfəndiyev kimi dahi sənətkarın ölümü Azərbaycan ədəbiyyatı və ictimaiyyəti üçün böyük itgidir.

... Qarabağı İlyas Əfəndiyev kimi məharətlə tərənnüm edə bilən ikinci bir sənətkar tapıla bilərmi?!"

("Demokratik Azərbaycan" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

           

"Adil Minbaşıyev və Aqil Abbas Çingiz Əlioğluna əzizi, xalqımızın görkəmli yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

("Ədalət" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Səs" qəzetinin kollektivi görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin."

("Səs" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Binəqədi rayon icra hakimiyyətinin başçısı İnqlab Nadirov və icra aparatının kollektivi Baş nazirin müavini Elçin Əfəndiyevə atası İlyas Əfəndiyevtin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

("Xalq qəzeti", 12 oktyabr 1996.)

 

 

*   *   *

 

"İsa, Ömər Hüseynovlar Elçin və Timuçin qardaşlarına xalqımızın böyük sənətkarı, əziz və unudulmaz İlyas Əfəndiyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir."

("Azərbaycan" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Azərbaycan Elitar Universitetinin rektorluğu və professor-müəllim kollektivi Elçin Əfəndiyevə, atası, Azərbaycanın xalq yazıçısı, unudulmaz sənətkar İlyas Əfəndtiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

 ("Azərbaycan" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Nəriman və Nazim Həsənzadələr Arif, Elçin və Timuçin Əfəndiyevlərə, Çingiz Əlioğluna sevimli xalq yazıçısı, böyük dramaturq, unudulmaz İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

("Azərbaycan" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"İmişli rayon icra hakimiyyətinin başçısı Əli Məmmədov və aparatın kollektivi Baş nazirin müavini Elçin Əfəndiyevə atası, Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq, ictimai xadim İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

("Azərbaycan" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Azərbaycan Yeyinti Sənaye İnstitutunun Qovlar filialının rektoru Talıb Süleymanov Baş nazirin müavini Elçin Əfəndiyevə atası, görkəmli yazıçı İlyas Əfəndiyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir."

("Azərbaycan" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Azərkimya" Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov Elçin və Timuçin Əfəndiyevlərə ataları, görkəmli Azərbaycan yazıçısı İlyas Əfəndiyein vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir."

("Azərbaycan" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Bakı Asiya Universitetinin kollektivi Elçin və Timuçin Əfəndiyevlərə ataları, xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir."

("Azərbaycan" qəzeti, 12 oktyabr 1996.)

 

 

*   *   *

 

"Azərbaycan Dövlət İqtisad İnstitutunun rektorluğu, həmkarlar ittifaqı komitəsi və professor-müəllim heyəti Elçin və Timuçin Əfəndiyevlərə ataları, xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."

("Azərbaycan" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Azərbaycan mədəniyyətinə ağır, əvəzsiz itgi üz verdi. Biz ədəbiyyatımızın qüdrətli ustadı -- İlyas Əfəndiyevi itirdik. M.F.Axundovla başlayan, N.B.Vəzirovla, H.Cavidlə, C.Cabbarlı ilə davam etdirilən dramaturgiyamızda xüsusi məktəb yaradan, 40 ildən çox teatrlarımızın repertuar ağırlığını çiynində daşıyan misilsiz korifeylə bu gün vidalaşırıq.

İlyas Əfəndiyev dühası ölməzdir..."

Polad Bülbüloğlu
("Mədəniyyət" qəzeti, 12 oktyabr 1996.)

 

*   *   *

 

"Uşel iz jizni İl  s   fendiev. Pri imeni eqo v pam ti ojiva t  rkie tvoreni , umnojivşie slavu azerbaidjanskoi literaturı i, bolee toqo, oznamenovavşie vexi duxovnoqo proqressa i dvijeni  na ii.

Eqo prisustvie v naşei jizni bılo de tel no, bloqotvorno, oşutimo i nezamenimo. Pustota, voznikşa  s eqo uxodom, nevospolnimo, kak nevospolnim uxod kajdoqo bol şoqo xudojnika, qrajdanina, podvijnika..."

Siyavuş Mamedzade
("Bakinskiy raboçiy" qəzeti, 15 oktyabr 1996.)

 

*   *   *

 

"Assa-İradə" xəbər agentliyinin və "İrşad" İslam araşdırmaları Mərkəzinin əməkdaşları Timuçin Əfəndiyevə əziz atası, xalqın görkəmli yazıçısı İlyas Əfəndiyevin vəfatı münasibətilə başsağlığı verir və dərin hüznlə kədərləndiyini bildirir."

("Bakinskiy raboçiy" qəzeti, 15 oktyabr 1996.)

 

 

 


Səhifələr : 1 2 3 4 5 6 7 8 9 10

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011