KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

 

1 9 9 8 / səhifə 3

Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 

"Həmin illərdə (40-50-60-cı illər) və sonralar da teatr tənqidi ilə məşğul olan Mehdi Hüseyn, Səməd Vurğun, İlyas Əfəndiyev, Mirzə İbrahimov, Sabit Rəhman, Ənvər Məmmədxanlı, Əkbər Ağayev xüsusilə fərqləndilər. Teatrlarımızın yaradıcılıq həyatı ilə bağlı olmuş bu sənətkarlar ayrı-ayrı tamaşalar və aktyorlar haqqında, eləcə də səhnə sənətimizin problem məsələləri barədə çıxış edirdilər."

 

Nərminə Kərimli
("Qobustan" jurnalı, 1-2, 1998.)

 

 

*   *   *

 

"Mən heç bir zaman səni qəhrəman hesab etməmişəm" (İlyas Əfəndiyev, Seçilmiş əsərləri, altı cilddə, ikinci cild, "Yazıçı", Bakı, 1984, səh. 122) --Səriyyənin Adilə qarşı üsyanı təkcə idealın mövcud gerçəkliklərlə təzadını ifadə etmir, həm də artıq "qəhrəman" anlayışının etik və estetik məzmunlarının bir-birini tamamlamadığını göstərirdi, bununla da bir bədii kateqoriya kimi, tərkibi olduğu sosrealizmlə birgə estetik əhəmiyyətini itirmiş olurdu. Səriyyə bu sırada sonuncu surətdir., 50-ci illər nəsrinin "qəhrəman" ölçülərinə sığmayıb bir tərəfdən onun apologiyasını, digər baxımdan isə inkarını ziddiyyətli şəkildə özündə birləşdirir (Vaxtilə "Səriyyə məsələsi"nin ədəbi tənqiddə doğurduğu geniş mübahisələr barədə bax: Elçin, Tənqid və ədəbiyyatımızın problemləri, "Yazıçı", Bakı, 1981, səh. 174-189)."

 

Tehran Əlişanoğlu
("Qobustan" jurnalı, 1-2, 1998.)

 

 

*   *   *

 

"Azərbaycanımızın ən yaralı yeri olan Qarabağ həmişə öz yüksək mədəniyyəti ilə seçilib. Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Üzeyir bəy, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül Qarabağ torpağının yetirmələridir. Hələ keçən əsrin ortalarında Qafqazı səyahətə çıxan böyük fransız yazıçısı A.Düma əslən qarabağlı olan sənətçilərə heyran qaldığını söyləmişdir. İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı şairə Xurşidbanu bəyimlə görüşündən məmnun qaldığını yazmışdır... Böyük dramaturqumuz İlyas Əfəndiyevlə tez-tez söhbətlər edərdik... "Xurşidbanu Natəvan" pyesini teatra təqdim etdi. Azərbaycan teatr mədəniyyəti tarixində ilk dəfə Xan qızı Natəvanın surəti yarandı. Bu obrazın ilk ifaçısı mən oldum..."

 

Amalya Pənahova
("Xalq qəzeti", 8 iyul 1998.)

 

*   *   *

 

"Son vaxtlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanından keçənlərin, divarlara yapışdırılmış afişalara baxanların istər-istəməz diqqətini bir şey cəlb edir. İlyas Əfəndiyevin əsərləri növbəti dəfə öz tamaşaçılarını gözləyir, onlar üçün qəribsəyir. Elə tamaşaçılar da görkəmli dramaturqun burada qoyulan bütün tamaşaları -- "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Şeyx Məhəmməd Xiyabani", "Bizim qəribə taleyimiz" və başqa pyesləri üçün darıxıblar.

Yox! Diqqəti cəlb edən İlyas Əfəndiyevin əsərlərinin mədəniyyətimizin bu qibləgahında tamaşaya hazırlanması deyil. Bu, artıq çoxdan hamımız üçün adi hala çevrilib. İlyas Əfəndiyevsiz Azərbaycan dramaturgiyası bu qədər zəngin olmazdı. Teatrlarımız onsuz yetim görünərdi.

Yox! Diqqəti cəlb edən ata ilə oğlun -- İlyas Əfəndiyev ilə Elçinin əsərlərinin eyni vaxtda tamaşaya hazırlanması, bununla bağlı afişaların yanaşı vurulmasıdır.

Etiraf etməmək olmur. İlyas Əfəndiyevdən sonra dramaturgiyamızda bir boşluq yaranmışdı..."

 

E.Həsənqızı
("Həftə" qəzeti, 10-16 iyul 1998.)

 

 

*   *   *

 

"TARİXİN İBRƏT DƏRSLƏRİ

 

Unudulmaz sənətkarımız İlyas Əfəndiyev oxucularımızın diqqətinə təqdim etdiyimiz bu
pyesində keşməkeşli tariximizin ən faciəli mərhələlərindən birini qələmə almışdır. Ömrünün son illərində o, bir tərəfdən torpaqlarımızda axıdılan qanların xalqımıza -- bizə vurulan ağır yaraların şahidi oldusa, digər tərəfdən, əsrlərlə bir müstəmləkə kimi alçaldılan Vətənimizin azadlığa çıxmağını, dövlətimizin müstəqilliyini gözləri ilə gördü. Sözün əsl mənasında azərbaycanlı olan İlyas Əfəndiyevçün müstəqil Azərbaycan dünyada hər şey deməkdi. Müdrik sənətkar bu neməti daim qoruyub saxlamaqçün tarixin acı dərslərindən ibrət götürməyi həmişə bizlərə və gələcək nəsillərə məsləhət bilirdi. Çap etdiyimiz bu faciəsi də onun xalqımıza son ibrətamiz vəsiyyətidir.

Allah İlyas müəllimə rəhmət eləsin!

 

BAŞ REDAKTOR
("Azərbaycan" jurnalı, 6, 1998.)

 

 

*   *   *

 

"HÖKMDAR VƏ QIZI" EKRANLAŞACAQ

 

Elə bu günlərdə məlum olub ki, kinorejissor Vaqif Mustafayev yeni film çəkməyə hazırlaşır. Bu film mərhum yazıçı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesinin motivləri əsasında yaradılacaq. Uzun müddət Azərbaycan Milli Dram Teatrının səhnəsində oynanılan pyesə indi ekran həyatı veriləcək. Dövlət sifarişi ilə çəkiləcək filmin ssenarisini Elçin yazacaq. Filmin çəkilişlərinə yeni ildən başlamaq planlaşdırılıb."

 

Məlahət
("Şərq" qəzeti, 12-15 iyul 1998.)

 

 

*   *   *

 

"- Sevdiyiniz yazıçı?

- ... İlyas Əfəndiyev."

        

Elza Qarabağlı
("Yeni Azərbaycan" qəzeti, 14 iyul 1998.)

 

 

*   *   *

 

"- Hansı rolunuz sizin üçün daha əzizdir və hansı rollarda oynamaq istərdiniz?

- "Unuda bilmirəm" tamaşasında Kamran, "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan obrazlarını sevirəm..."

 

 Nurəddin Mehdixanlı
("Xalq qəzeti", 15 iyul 1998.)

 

 

*   *   *

 

"- Yaradıcılığına dönə-dönə müraciət etmək istədiyiniz dramaturq varmı?

- Var. Vilyam Şekspir, Cəlil Məmmədquluzadə, İlyas Əfəndiyev.

... İlyas müəllimlə qəribə münasibətimiz var idi: bəzən bir-birimizi sözsüz də anlayırdıq. Yaradıcı prossesin hansısa mərhələsində yaranan problemi həll etmək üçün, bir baxış da kifayət idi ki, məsələ aydınlaşsın. İllərlə davam edən bu ünsiyyət forması hər ikimizi qane edirdi...

Amma bir dəfə vərdiş elədiyimiz üsula "xəyanət" etməli olduq və elə buradaca qeyd eləyim ki, peşman da olmadıq.

Günlərin bir günü İlyas müəllim telefon söhbətində dedi ki, bəs, tamaşaçıların arzusu "Unuda bilmirəm" tamaşasını yenidən səhnədə görməkdi, bu haqda mənə saysız-hesabsız müraciətlər olur.

- İlyas müəllim, - dedim.- bu axşam televiziyada canlı efirdə çıxışım var. İcazə verin sizə cavabımı ekrandan verim.

Rəhmətlik uşaq kimi, sadədil idi; o saatca razılaşdı.

- Mütləq baxacağam.- dedi.

Axşam canlı ekranda verilişi yekunlaşdırandan sonra, üzümü tutdum kameraya:

- İlyas müəllim,- dedim.- axşamınız xeyir. İndi bütün tamaşaçılarımızın hüzurunda sizdən bir məsələni xahiş edəcəyəm. Biz hamımız "Unuda bilmirəm" tamaşasını çox sevirik və iyirmi il bundan öncə sevə-sevə oynayıb tamaşaçılara da sevdirmişik. Bu, bir faktdır. Gənc olmuşuq, romantik olmuşuq, gənc və romantik qəhrəmanlarımızı sevmişik. Xahişim ondan ibarətdir ki, "Unuda bilmirəm" pyesindəki qəhrəmanların 20 ildən sonrakı taleyini əks etdirən pyes yazasınız. Bütün başqa məsələlərlə bağlı istərdik ki, əsərdə yaşlı, ərdəmli, həyat görmüş insanların məhəbbəti də öz əksini tapsın. İlyas müəllim, buradan söz verirəm ki, əsəri gətirən kimi, məşqlərə başlayacağıq. Cavabınızı gözləyirəm...

İlyas müəllimin cavabı tez bir zamanda və əməli surətdə bizə yetişdi: çox çəkmədi ki, böyük şövq və sevgi ilə "Bizim qəribə taleyimiz" pyesinin məşqinə başladıq; tamaşa hazır oldu, -- Bakıda və İstanbulda uğurla oynadıq..."

 

Həsənağa Turabov
"Azərbaycan müəllimi" qəzeti, 16 iyul 1998.)

 

*   *   *

 

"- Sevdiyiniz yazıçı?

- İlyas Əfəndiyev."

 

Səməd Səmədov
"Yeni Azərbaycan" qəzeti, 16 iyul 1998.)

 

 

*   *   *

 

"Azərbaycanfilm" studiyasının "Yaddaş" sənədli filmlər birliyində xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinə həsr edilmiş "Sən həmişə bizimləsən" adlı yeni filmin çəkilişi üzərində yaradıcılıq işi başa çatmışdır. Filmin rejissoru Cəmil Fərəcov bildirmişdir ki, İlyas Əfəndiyev haqqında hələ 1985-ci ildə sənədli film çəkilmişdir. Ancaq nəsrimizin və dramaturgiyamızın bu görkəmli xadiminin yaradıcılığının hələ öyrənilməmiş tərəfləri var. Yəqin ki, gələcəkdə tədqiqatçılarımız bu işi görəcəklər. Ancaq biz onun vəfatından sonra, bir xatirə filmi çəkmək qərarına gəldik..."

 

"Bakı" qəzeti, 17 iyul 1998.

 

 

*   *   *

 

"... Unudulmaz ədibimiz, xalq yazıçısı İlyas Əfəndiyevin Akademik milli Dram Teatrı ilə uzun illik səmərəli əməkdaşlıq ənənəsini indi Elçin uğurla davam etdirir."

 

Təhsin Mütəllimov
("Azərbaycan" qəzeti, 25 iyul 1998.)

 

 

*   *   *

 

"- Sevdiyiniz yazıçı?

- İlyas Əfəndiyev."

 

  Reyhan Müslümova
("Yeni Azərbaycan" qəzeti, 28 iyul 1998.)

 

 

*   *   *

 

İlyas Əfəndiyevdən bəhs edən oçerkdə yazır: "İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında qüvvətli və qabaqcıl bir nasir və dramaturq kimi tanınmışdır... Onun əsərlərində incə lirika vardır. Hadisələrə olan həssas münasibəti nəticəsində ən sadə və adi mövzulara romantik vüsət vermək, hadisə və təzadlardakı, insanlar arasında olan münasibətlərdəki daxili duyum (əqidə) və qaynaqları açıb göstərmək, surətləri içəridən, ruhi hallarını baş verdiyi daxili aləmdən şərh etmək İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvidir."

 

Doktor Cavad Heyət
("Azərbaycan ədəbiyyatı tarixinə bir baxış", Bakı, 1998, səh. 267-268.)

 

 

*   *   *

 

İlyas Əfəndiyevlə bağlı "Dedi də..." (səh 30), "Qısa məzmununu danışa bilməzsən?" (səh. 55), "Hinduşka məsələsi" (səh. 56-57) adlı qısa yumorstik hekayətlər verilmişdir.

 

Qılman İlkin
("Yazıçı məzəsi", Bakı, 1998.)

 

 

*   *   *

 

"Görkəmli yazıçı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsərini gələn il Elçin müəllimlə bərabər ekranlaşdıracağıq. Bu, çox qüvvətli pyesdir. Xoşuma gələn odur ki, müəllif heç kəsə yaxşı, pisi öyrətmir, nəsihət vermir."

 

Vaqif Mustafayev
("Xalq qəzeti", 2 avqust 1998.)

 


Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011