KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

 

1 9 9 8 / səhifə 5

Səhifələr : 1 2 3 4 5 6 7 8

 


"Çətinliklərə baxmayaraq ədəbiyyatımızın digər təəssübkeşləri kimi, dramaturqlar da qələmi əldən yerə qoymamışlar. Bu sahədə birincilik çələngi yenə də əlli ildən bəri teatrımızın əsas repertuar ağırlığını öz üzərinə götürmüş mərhum xalq yazıçısı İlyas Əfəndiyevə məxsus olmuşdur. Son illərdə o bir-birinin ardınca "Sevgililərin cəhənnəmdə vüsalı", "Dəlilər və ağıllılar", "Tənha iydə ağacı", "Hökmdar və qızı" kimi pyeslər yazmışdır. Bu pyeslərin hamısı Akademik Milli Teatr səhnəsində tamaşaya qoyulmuş və maraqla qarşılanmışdır. Hörmətli Prezidentimiz lap bu yaxınlarda "Hökmdar və qızı" tamaşasına baxmış və İlyas Əfəndiyev dramaturgiyasını çox dəqiq xarakterizə edən dəyərli fikirlər söyləmişdir."

 

Vilayət Quliyev

(Azərbaycan yazıçılarının X qurultayı,

Bakı, 1998, səh. 145-146.)

 

 

*   *   *

 

İlyas Əfəndiyevin "Ceyran ovu" hekayəsi çap olunmuşdur.

 

(Y.Kərimov. Oxu, 2-ci sinif üçün dərslik

Bakı, 1998, səh. 94-95.)

 

 

*   *   *

 

İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında məlumat və "Valehlə Sarıköynəyin nağılı" romanından "Dağ seli" adı ilə bir parça çap olunmuşdur.

 

(Ə.A.Kəlbəliyev, Ş.İ.Qaralov, V.T

Çankidze. Azərbaycan dili. Gürcü

bölməsi üçün. 10-11 sçinif. Bakı,

1998, səh. 128 - 130.)

 

 

*    *    *
"Milli Teatr Türkiyəyə qastrola hazırlaşır" adlı yazıda deyilir: "Artıq üçüncü ildir ki, Milli Teatrın repertuarında mühüm yer tutan "Hökmdar və qızı" (İlyas Əfəndiyev) teatrsevənlərin ən çox sevdiyi tamaşalardandır. Respublika qadınlar qurultayında nümayiş etdirilən tamaşa xüsusi uğur qazanmışdır. Əksəriyyəti qadınlardan ibarət tamaşa zalı Ağabəyim ağa - Bəsti Cəfərovanın vətənpərvərlik dolu çağırışlarını hərarətli alqışlar, hətta isti göz yaşları ilə qarşılamışdı. Güclü vətənpərvərlik hissləri aşılayan bu tamaşa hələ xeyli müddət bundan əvvəl Türkiyəli qonaqların da diqqətini cəlb etmişdi. Onların təklifi ilə teatrın kollektivi oktyabrın əvvəllərində tamaşanı Türkiyə tamaşaçılarına ərməğan aparmaq fikrindədir."

 

("Ekspress" qəzeti, 22-23 sentyabr 1998.)

 

 

*   *   *

 

İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında ensiklopedik məlumat verilmişdir.

 

(Ensiklopedik toplu, Bakı, 1998. səh. 236.)

 

 

 

*   *   *

 

"- Xarakterinizə daha çox uyğun gələn rolunuz hansıdır?

- Tamaşaçıların fikrincə, özümə daha yaxın olan rollarım İlyas Əfəndiyevin "Unuda bilmirəm" əsərindəki Kamran və Cəlil Məmmədquluzadənin "Ölülər" pyesindəki İsgəndərdir."

 

Həsənağa Turabov

("Panorama" qəzeti, 24 sentyabr 1998.)

 

*   *   *               

 

Teatr Xadimləri İttifaqının baş mütəxəssisi Yaqub Məmmədli deyir: "Dramaturgiyamızın həmişəyaşar müəllifləri N.B.Vəzirovun, Ə.Haqverdiyevin, Mirzə Cəlilin, Hüseyn Cavidin, daha sonra Cəfər Cabbarlının, Mehdi Hüseynin, İlyas Əfəndiyevin və başqalarının dram əsərləri müxtəlif səhnələrdə uğurla göstərilmişdir." Daha sonra "Hökmdar və qızı" tamaşasının Milli Akademik Dram Teatrının Türkiyə qastrollarında gəstəriləcəyi bildirilir.

 

("Naxçıvan" qəzeti, 24 sentyabr 1998.)

*   *   *

 

"Həmişə bizimlədir" adlı yazıda deyilir: "Dünyasını dəyişəndə "Azərbaycan Milli Dram Teatrı yetim qaldı"- dedilər.- truppanın da, auditoriyanın da koloritinə tamamilə uyğun pyesləri ondan başqa kim yazacaq ki?" Bir də ki, İlyas Əfəndiyev dramaturgiyası teatr üçün böyük bir məktəb olmuşdu, bütöv bir aktyor nəsli bu əsərlərdən bəhrələnib püxtələşmişdi. Səhnəyə qoyduqları da günün mövzusuydu, dövrün problemini qabardırdı, zamanın ritmindən kənarda qalmırdı.

Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından iki il keçir. Yaratdığı obrazlarsa günün aktual, tipik xarakterləri kimi, hələ də səhnədədir. Hələ ki, teatrallar İlyas müəllimin yoxluğunu hiss etmirlər. Görünür, Elçin yaradıcılığına vaxtaşırı müraciətlər də bu ehtiyacı bir qədər səngitmiş olur."

 

("Azadlıq" qəzeti, 26 sentyabr 1998.)

 

 

*   *   *

 

"Mətbuatdan məlum olduğu kimi, Milli Teatr oktyabrda Türkiyəyə yollanacaq və özü ilə üç tamaşa aparacaq. Üçlərdən biri mərhum dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı"dır. Bu tamaşada Tubu xanım obrazını ifa edən Səfurə İbrahimovanı Türkiyə səhnəsində Laləzar Mustafayeva əvəz edəcək. Bunu Səfurə xanım "Mən həmişə yolu cavanlara vermişəm" sözlərilə izah edir."

 

("Ekspress" qəzeti, 26-28 sentyabr 1998.)

 

 

*   *   *

 

H.Qasımovun "Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri" adlı kitabı haqqında yazılmış məqalədə deyilir: "Kitabdakı yeddi fəslin hər birində təhlil üsulu orijinallığı ilə diqqəti cəlb edir. Məsələn, İlyas Əfəndiyevin 50-60-cı illərdə qələmə aldığı "Söyüdlü arx" və "Körpüsalanlar" əsərlərinə yanaşma tərzinə görə H.Qasımov onlar haqqında indiyə qədər yazılananlardan fərqlənir. İlyas Əfəndiyevin həm nəsrini, həm də dramaturgiyasını yeni kontekstdə araşdıran müəllif müasir ədəbiyyatın yaradıcılıq problemlərinə dövrün tələbləri baxımından yanaşır."

 

Füzuli Əsgərli

("Xalq qəzeti", 27 sentyabr 1998.)

 

 

*   *   *

 

"Sən həmişə bizimləsən" adlı yazıda deyilir: "Sevimli xalq yazıçımız, Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi İlyas Əfəndiyevin əbədiyyətə qovuşmasından iki il keçir. Amma Milli Akademik Dram Teatrına gələn tamaşaçılar, onu həmişə öz müəllif lojasında görməyə adət edənlər bu yoxluğa heç cür inana bilmirlər. Çünki səhnədə İlyas Əfəndiyevin iki əsəri -- "Hökmdar və qızı", "Ağıllılar və dəlilər" müvəffəqiyyətlə gedir, repertuar papkasında "Polkovnik Allahyarov "səhnə ömrünü gözləyir və nəhayət, İlyas Əfəndiyev dramaturgiyasının bütün mənalarda qanuni varisi Elçinin iki əsərinin afişası onun afişaları ilə yanaşı asılır." Daha sonra xəbər verilir ki, Oktyabrın 3-də İlyas Əfəndiyev haqqında "Sən həmişə bizimləsən" adlı sənədli filmin televiziya prezentasiyası olacaqdır.

 

("Ekran - efir" qəzeti, 28 sentyabr

 - 4 oktyabr 1998.)

 

 

*   *   *

 

"Ölməz dramaturqumuz İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" televiziya tamaşasında yaratdığı Nargilə obrazıyla tamaşaçıların ürəyinə yol tapmış gənc aktrisa Məlahət Abbasova ailə həyatı quraraq hazırda Türkiyədə yaşayır."

 

("Ekspress" qəzeti, 29-30 sentyabr 1998.)

 

 

 *   *   *

 

"Bizim nəsrdə bütün XX əsr boyu keçən bir "qadın mövzusu" vardır. Mən onu "qadın emansipasionu" şəklində qabardıram, ... cəmiyyət həyatında qadın oyanışı, qadının cəmiyyətdə yerini axtarması. Bizdə bu bir xəttdir. 30-cu illərdə sosial plandadır. 50-60-cı illərdə nəsrdə güclü publisist aksentlə aktuallaşır. Məsələn, İlyas Əfəndiyevin qadın obrazları. Siz (Sema Doqan) deyən başlanğıclar lirik məzmunda artıq Nuriyyədə var -- "Söyüdlü arx" əsərində, azadlıq hissini içindən keçirir. "Körpüsalanlar"da -- Səriyyədə hətta "Üsyan" tiplidir, milli qadın olaraq qalmaqala, təzadlı şəkildə, buxovlara ictimai planda etiraz edir."

 

Tehran Alışanoğlu

(Sema Doqanla müsahibə, "Rezonans"

qəzeti, 30 sentyabr - 2 oktyabr, 1998.)

 

 

*   *   *

 

"AZƏRBAYCAN DÖVLƏT MİLLİ

DRAM TEATRINDA

 

Teatrın truppa müdiri Qürbət Qurbanovun verdiyi məlumata görə mövsümün açılışı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsərinin tamaşası ilə başlayacaqdır.

Tamaşada rolları Xalq artistləri Əliabbas Qədirov, Bəsti Cəfərova, Həsən Məmmədov, Ramiz Novruzov, Səyavuş Aslan, Əməkdar artistlərdən Səfurə İbrahimova, Məcnun Hacıbəyov, Rafiq Əzimov, Elxan Ağahüseynoğlu, Mirəli Əsgərov və b. ifa edəcəklər. Tamaşanın qurluşçu rejissoru Əməkdar incəsənət xadimi Mərahim Fərzəlibəyov, rəssamı İsmayıl Məmmədovdur. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun musiilərindən istifadə olunacaq."

 

 ("Kultur aynası", Azərbaycan Mədəniyyət

Fondunun açıq Bülleteni, Oktyabr 1998.)

 

 

*   *   *

 

"MAİLƏ MURADXANLI VƏ NİZAMİ ABBAS

İLYAS ƏFƏNDİYEVİ "UNUDA BİLMİRLƏR"

 

"Yaddaş" studiyasında böyük dramaturqumuz İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən üç hissəli sənədli film çəkilmişdir. Filmin çəkilişi bu yaxınlarda başa çatdırılmışdır. Ssenari müəllifləri Mailə Muradxanlı, Cəmil Fərəcov, filmin operatoru isə Nizami Abbasdır"

 

("Ekspress" qəzeti, 1-2 oktyabr 1998.)

*   *   *

 

"Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin dünyasını dəyişdiyi gündən iki il keçir. Ancaq o, "həmişə bizimlədir"-- bu gün də teatrlarımızın repertuarından düşməyən pyesləri, nəsil-nəsil oxuculara həyat dərsi olan əsərləri bizimlədir.

Qəbri nurla dolsun."

Sonra "İlyas Əfəndiyevin unudulmaz xatirəsinə" şeri dərc edilmişdir. Şerdən bir parça:

"Nə dostlarla yarışardı,

Nə də dərdin danışardı;

Öz yolunda, öz ilhamı

Bir şam kimi alışardı.

Hava tutqun, yollar çətin...

Həmişə təmiz saxladı

Öz varlığın, öz siqlətin.

Təmiz, saf bir parçasıydı

O dağların, təbiətin.

Adı məşhur, sözü dadlı...

Elçin, Timurçin qanadlı

İlyas Məhəmməd oğlu."

 

Fikrət Qoca

("Ədəbiyyat qəzeti", 2 oktyabr 1998.)

 

 

*   *   *

 

Qəzet İlyas Əfəndiyevin vəfatının ikinci ildönümü münasibətilə "Hər şeyin təzəsi, dostun köhnəsi" adlı xatirə dərc etmişdir. Xatirədə deyilir:

"İlyas Əfəndiyev həyatın, ələlxüsus sənətin bütün çətinliklərinə dözdü və sağlığında öz teatrını yaratdı. Bu, hər dramaturqa nəsib olmur.

Yeri gəlmişkən bir sirri də açmaq istəyirəm. Hər ikimizin ürəyindən keçirdi ki, birgə nəsə işləyək. İllər ötür, bu istəyimiz isə baş tutmurdu. Sonralar mən bunun səbəbini tapdım. İlyas Əfəndiyevin əsərlərinin dili başdan-başa musiqidir və mən musiqiyə musiqi yazmağı heç cür dərk edə bilmirdim...

İlyas Əfəndiyev qüdrətli sənətkar idi.

İlyas Əfəndiyev qayğıkeş ata idi.

İlyas Əfəndiyev gözəl baba idi.

İlyas Əfəndiyev yaxşı dost idi.

Sənətsevərlər qüdrətli sənətkar itiriblər.

Oğulları qayğıkeş ata itiriblər.

Nəvələri gözəl baba itiriblər.

Mən də yaxşı dost itirmişəm. Heyf, çox heyf.

Allah ona rəhmət eləsin!

 

Tofiq Quliyev

("Panorama" qəzeti, 3 oktyabr 1998.)

 

 

*   *   *

 

İlyas Əfəndiyev haqqında yazılmış "Əbədiyyəti gözlərimlə gördüm" adlı esse belə başlayır:

"Bakı tutqun idi. Dənizin maviliyi qaraya çalırdı. Gözlərinin altı sahil boyu şişib köpmüşdü. Bakı özünün böyüklərini, dahilərini əbədiyyətə yola salarkən həmişə belə pərişan və pəjmürdə görünür.

Vətən böyük oğlu İlyas Əfəndiyevi əbədiyyətə yola salırdı. Sükut və qəm karvanı sahil boyu uzanıb gedən prospektin şəklini almışdı. İzdihamı dənizə bənzətmək olsaydı, hamıdan hündürdə dayanan tabut bu dənizin üzərində yırğalana-yırğalana irəli gedən dorsuz bir gəmi kimi görünürdü."

 

Söhrab Tahir

("Azərbaycan" qəzeti, 3 oktyabr 1998.)

 

*   *   *

 

"Mənim də imkanım olsaydı, zalım fələyin gözlərini kor edərdim ki, İlyas müəllimi sıramızdan aparmasın. İmkanım olmadığı üçün, fələk zor işlətdi, bizi İlyas müəllimsiz qoydu. Bu da bir alın yazısıdır..."

 

M.Telman

("Naxçıvan" qəzeti, 3 oktyabr 1998.)

 

 

*   *   *

 

"Biz hər il İlyas Əfəndiyevin əsərlərini repertuarımıza daxil edirik. Bu il repertuarımıza daxil etdiyimiz "Polkovnik Allahyarov" əsərini də ömrünün son ilində yazıb. İndi İlyas müəllimin vəfatının 2-ci ildönümüdür. Biz bu gün görkəmli sənətkarımızın xatirəsini yad etmək üçün, saat 11.00-da teatr kollektivi ilə birlikdə onun qəbrini ziyarət etməyə gedəcəyik. Elə mövsümü də onun "Hökmdar və qızı" əsərinin tamaşası ilə açırıq. Rolllarda xalq artistləri Səyavuş Aslan, Əliabbas Qədirov, Bəsti Cəfərova, artistlərdən Kübra Əliyeva və başqaları çıxış edəcəklər."

 

Həsənağa Turabov

("Müxalifət" qəzeti, 3 oktyabr 1998.)

 

 

*   *   *

 

"Təsəlli verməyə nə var?" adlı essedən:

"... İlyas Əfəndiyevin "yaxını" -- Milli Dram Teatrıdı. 30 ildən də artıq bir yerdə idilər; bir-birin ehtiyacını yarımkəlmədən, yarıeyhamdan hiss eləyirdilər... Teatrla tanışlığının ilk illərində səhnəyçün yazdığı əsərlərlə onun bütöv bir tarixi dövrünün əsasını qoymuşdu; bu dövrə keçidin artıq gəlib çatdığını hamıdan qabaq və hamıdan dəqiq hiss eləmişdi çünki. Vaxt o vaxt idi ki, dram teatrına gələnlər çoxdan öyrəncəli şüarların əvəzinə səhnədən adi, canlı insan səsi eşitmişdilər... Sonradan böyük bir aktyor nəsli də həmin o səsin, nəfəsin işığına, sehrinə yığışıb gəlmişdi. Neçə sənətçi İlyas Əfəndiyev dramaturgiyasının tərbiyəsindən keçəsi olmuşdu... O vaxtdan bir-birinə ömürlük sədaqət andı içmişdilər: İlyas Əfəndiyevlə Azərbaycan teatrı..."

 

Lalə

("Azadlıq" qəzeti, 3 oktyabr 1998.)

 

*   *   *

 

"... Milli mədəniyyətin bütün mürəkkəbliyini paradiqma kimi yaradıcılığında cəmləyib xalqın bütün təbəqələri tərəfindən sevilən sənətkarlar olur. Milli cəmiyyətimizin daha səbatlı yaxın tarixindən desək... geniş demokratik ədəbiyyata timsal: İlyas Əfəndiyev, İ.Hüseynov, Ə.Əylisli, Anar, Elçin və M.Araz kimi."

 

  Tehran Əlişanoğlu

("Rezonans" qəzeti, 3-6 oktyabr 1998.)

 

 

*   *   *

 

"Mən bu gün deyərdim ki, bizim 60-cı illər ədəbiyyatının ən böyük siması İlyas Əfəndiyev olub."

 

Rəhim Əliyev

("Rezonans" qəzeti, 7-9 oktyabr 1998.)

 

 

*   *   *

 

İlyas Əfəndiyev haqqında "Yoxluğu hiss edilən adam" xatirə-essedə müəllif böyük ədiblə bağlı gənclik illərindən etibarən xatirələrini söyləyir və yazını belə bir sonluqla bitirir: "İlyası yad edərkən belə kövrək xatirələr yadıma düşür və onun yoxluğunu daha dərindən hiss edirəm."

 

Qılman İlkin

("Azərbaycan müəllimi" qəzeti,

8 oktyabr 1998.)

 

 


Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011