KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

 

1 9 9 9 / səhifə 7

Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 

 

"Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələri sırasında öz əvəzsiz və layiqli yerini alicənablıqla müəyyən etmiş ustad nasir və dramaturq, publisist İlyas Əfəndiyev haqqında qələm və sənət dostlarının, oxucularının və tamaşaçılarının xatirələri, məqalə və qeydləri toplanmış həmin adda ("Sən həmişə bizimləsən"- tərt.) kitabı əlimə alanda içimdə qəribə bir hiss baş qaldırdı, varlığımı xoş bir duyğu çuğladı, ürəyim riqqətlə döyündü. Xəyalımda pərvəriş tapan fikirlər qanadlandı. O qüvvətli qanadlar məni çox yaxın keçmişə, xalq yazıçımız İlyas Əfəndiyevin sağ olduğu -- xalq üçün, xalqın mədəniyyəti üçün coşğun bir həvəslə yazıb yaratdığı günlərə çəkib apardı. "Sən həmişə bizimləsən" sözləri beynimdə təkrar-təkrar dolandı, ürəyimdən süzülüb pıçıltı ilə dodaqlarımda bərqərar oldu. Elə bu vaxt, ədibin oğlu -- görkəmli nasir, dramaturq, ədəbiyyatşünas, ictimai xadim Elçinin həmin kitaba "Özümüzdən sonranın ilkini" adlı "ön söz əvəzi"ndə yazdığı: "İlyas Əfəndiyev bir insan, bir yazıçı və bir vətəndaş kimi öz missiyyasını yerinə yetirdi və bu dünyadan köçdü.
Amma mən bu köçdən sonrakı bütün bu müddət ərzində onun varlığını yalnız mənən yox, cismən də daima hiss etmişəm, mənə elə gəlir ki (həmişə də beləcədir!), bax, bu dəm, mən bu sətirləri yazarkən də o buradadır, mənim başımın üstündədir, bizi görür, müşahidə edir, hər şeydən xəbərdardır və bu sətirləri oxuyur və indiki ali məqamının bizim -- bu dünyanın adamlarının -- dərk edə bilmədiyi ucalığından bu sətirlərə qiymət verir..." - sözləri mənə hayan durdu, fikirlərimin həmdəmi oldu."

 

"Yaşasaydı bir-neçə gündən sonra, daha doğrusu, noyabrın 14-də 85 yaşı tamam olacaqdı. (İlyas Əfəndiyevin 1914-cü ildə doğulduğu ay kimi bəzi mənbələr may, bəziləri isə noyabr ayını göstərir - tərt.)

Əslində mən bu "yaşasaydı" ifadəsini düzgün işlətmədim. Necə yəni yaşasaydı, məgər, görkəmli xalq yazıçımız, ustad dramaturqumuz İlyas Əfəndiyev yaşamır ki?!

Əsla! Yaşayır! İlyas müəllimə "aramızda yoxdur" demək olmaz, heç bu söz ona yaraşmır da. O həmişə, hər gün, hər saat aramızda, sıramızda, yəni bizimlədir. Mahnısı hər zaman dodaqlarda, adı, mehr-məhəbbəti ürəklərdə, sərin çeşməli bulaqlarda və dağarda qalan "Unuda bilmirəm", "Sən həmişə mənimləsən" deyən unudulmaz sənətkar, gözəl ağsaqqal insan, əvəzolunmaz yazıçı, müasir dramaturgiyamızın Hüseyn Cavidi, Mirzə Cəlili və Cəfər Cabbarlısı olan İlyas Əfəndiyev heç vaxt unudula, yaddan çıxa bilməz! Bu, qeyri-mümkündür və buna mənəvi haqqımız çatmır!

... Bizim həyat, zəmanə elədir ki, həmişə, hər yerdə xahişsiz, köməksiz yaşamaq olmur. Bir gün belə bir çətinlik qarşısında dayanıb dərdimi Elçinə açdım. Elçin müəllim onda Yazıçılar Birliyinin idarə heyətinin katibi idi. Elçin məni dinləyəndən sonra köks ötürüb dedi:

- O adam məni eşitməz. Qoy sürücümü göndərim dədəmi (yəni İlyas müəllimi) gətirsin. Dövlət telefonunda həmin adama zəng etsin.

Razılaşdıq. Və çox keçmədi İlyas müəllim gəldi. Xəstəhal idi.

- Sənə görə gəlmişəm,- dedi İlyas müəllim.- Halım yaxşı deyil. Bərk soyuqlamışam.- dedi.

Sonra İlyas müəllim həmin adama zəng elədi. Ona haqqımda elə xoş sözlər dedi ki, lap utandım. Elə indi də o sözləri dilimə gətirməyə çətinlik çəkirəm."

 

Ağəddin Mansurzadə

("Həqiqətlər və faktlar" qəzeti,

4-11 noyabr 1999.)

*   *   *

 

"Bu yaxınlarda görkəmli yazıçımız, zəmanəmizin böyük dramaturqu İlyas Əfəndiyevə həsr olunmuş "Sən həmişə bizimləsən" xatirələr kitabının təntənəli təqdimatı oldu. Çox sevindim ki, mənim də dahi dramaturqa həsr etdiyim şerim həmin kitaba daxil olmuş və orada bu şer haqqında danışılmışdı...

... Mən Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa getmək istədim. Azərbaycan Yazıçılar İtttfaqından göndəriş almaq lazım idi. Həmin göndərişi o vaxt İttifaqın katibi işləyən İlyas Əfəndiyevdən ala bilərdim.

Qəbul otağında durub tərəddüd edirdim: yanına girim, ya girməyim?

Bu zaman rəhmətlik Əliağa Vahid məni gördü... Nə məqsədlə gəldyimi soruşdu.

- Burda utanmalı nə var ki? Moskvaya oxumağa getmək istəyirsən. Bu gözəl arzudu. Gəl birgə girək İlyasın yanına, mən səni təqdim eləyim.

... Əlimdən tutub içəri dartdı.

- İlyas, bu gənc şair mənim dostum, Gürcüstanda yaşayan yazıçı Murtuzun bacısı oğludur. Moskvada oxumağa getmək arzusundadır. Bir göndəriş...

Əliağa Vahidin sözü yarımçıq qaldı. İlyas müəllim dilləndi:

- Murtuz mənim də dostumdur. Ramizi də yaxşı tanıyıram. Moskvaya oxumağa getmək istəyir, lap yaxşı, göndərək, getsin, oxusun... Kim belə xeyirxah işin əleyhinə gedər?

İlyas müəllim katibəni çağırdı, göndərişi yazdırıb qol çəkdi...

... Bir dəfə Moskvadan Bakıya tətilə gələndə Yazıçılar İttifaqında eşitdim ki, İlyas müəllim ərizə verib, İttifaqın katibi olmaqdan imtina edib. Bu mənə çox pis təsir etdi. Axı. necə olsa, o məni tanıyırdı, mehriban münasibətinə, qayğısına ehtiyacım var idi. Təkcə mənim yox, çoxlarının bu obyektiv, həssas insanın qayğısına ehtiyacı var idi.

Lakin o öz yaradıcılığının qayğısına qalmağı hər şeydən üstün tutmuşdu."

 

Ramiz Heydər

("Həqiqətlər və faktlar" qəzeti,

12-19 noyabr 1999.)

 

*   *   *  

 

G.V.Şükürovanın "İlyas Əfəndiyevin "Qəhrəman və bülbülün nağılı" hekayəsində folklor nümunələri" və "İlyas Əfəndiyev yaradıcılığında xalq ədəbiyyatı" adlı iki elmi məqaləsi dərc edilmişdir. Tədqiqat xarakteri daşıyan hər iki məqalədə İlyas Əfəndiyevin ən sıxı tellərlə Azərbaycan folkloruna bağlı olması və yeri düşdükcə folklordan böyük məharətlə istifadə etməsi təhlil olunur. Müəllif yazır:

"İlyas Əfəndiyevin əsərlərinin hər biri və bu əsərlərdə istifadə etdiyi xalq ədəbiyyatının nümunələri böyük tərbiyyəvi həyat məktəbidir. O, xalqını, elini, obasını sevənləri, onların yüksək əxlaqi keyfiyyətlərini böyük məhəbbətlə qələmə almağı, xalqına, torpağına pis gözlə baxanları, yurdunu zəbt etmək üçün günahsız qanlar axıdanlara qarşı nifrət hissi yaratmağı bacarmış, hər bir oxucuda vətənə, elinə, torpağına məhəbbət, sədaqət hissini artırmağa çalışmışdır... Xalq ədəbiyyatına həmişə sənətkarlıqla yanaşmış İlyas Əfəndiyev bu xalq hikmətlərindən yaratdığı əsərin bədii dəyərini artırmaq üçün yeni ruhda onlardan istifadə etmişdir."

 

G.V.Şükürova

("Dil və ədəbiyyat" jurnalı,

1999, 3 (25).)

 

*     *    *

 

"İlyas Əfəndiyevin dram əsərlərinin böyük əksəriyyəti hiss, duyğu, emossiya üzərində köklənibdir, bu pyeslərdə lirizm dramatik növün poetikasına uyğun şəkildə qabarıq ifadəsini tapıbdır."

 

M.E.Hüseynova

("Dil və ədəbiyyat" jurnalı, № 3 (25), 1999.) 

 

*     *     *

 

"Sən həmişə bizimləsən" adlı esse-xatirənin ardı dərc edilmişdir. Müəllif yazır:

"Neçə ildi ki, gözləyirdim şerlər kitabım "Azərnəşr"də plana salınsın, çap olunsun. Nəhayət, mənə xəbər verdilər ki, kitabın plana daxil edilib, ancaq... əl yazmasının həcmi böyük olduğu üçün... şerlər Baş redaktor Mustafa Əfəndiyev tərəfindən kitabdan çıxarılıb... O anda ümidim ancaq Mustafanın qardaşı İlyas müəllimə idi. Mən onu özümə ata-qardaş bilirdim. İlyas müəllimgilin Hüsü Hacıyev küçəsindəki evinə getdim. İlyas müəllimin oğlu Timurçin də evdə idi. O da mənim bu həyəcanlı halımı gördü...

İlyas müəllim əlini çiynimə qoyub gülümsündü, mənə təsginlik verərək dedi:

- ... Mustafa ilə danışaram, bir yaxşı şerinə də dəyməz, kitabın ixtisarsız çap olunar.

... İlyas müəllim zəng eləyib qardaşına nə deyib, nə deməyibsə, Mustafa müəllim məni çox gülərüz, mehriban qarşıladı və kitaba topladığım bütün şerlərin ixtisarsız çap olunmağına icazə verdi.

... İlyas müəllimin, necə deyərlər, sərt üzü də var idi. Ürəyindəki kini, nifrəti gizlətməzdi. Xoşuna gəlməyən adama öz münasibətini dərhal bildirərdi.

... İlyas müəllim özü nazirliyə (söhbət o zamanlar müəllifin işlədiyi Mədəniyyət Nazirliyindən gedir- tərt.) gəlməzdi. Əsərlərini həmişə göndərərdi. Çox zaman bu əsərləri  oğlu Timurçinə etibar edərdi. Timurçin əsərləri gətirib mənə verər, münasib müqavilə vərəqələrini İlyas müəllimə qol çəkdirib qaytarardı."

           

Ramiz Heydər

("Həqiqətlər və faktlar" qəzeti,

19-26 noyabr 1999.)

*   *   *

 

İlyas Əfəndiyevin 85 illiyi münasibətilə esse dərc edilmişdir və müəllif yazıçını həm parlaq bir şəxsiyyət, həm də böyük bir sənətkar kimi səciyyələndirimişdir.

 

Səyavuş Məmmədzadə

("Bakinskiy raboçiy" qəzeti,

20 noyabr 1999.)

 

*    *    *

 

"İlyas Əfəndiyev əsərlərində mənim üçün mütəmadi olaraq xüsusi obrazlar yazırdı..."

 

Firəngiz Mütəllibova

("İki sahil" qəzeti, 20 noyabr 1999.)

 

*   *   *

 

"İlyas Əfəndiyev müasir Azərbaycan dramaturgiyasında və milli teatr sənətimizdə yeni bir üslub və bu üslubu dolğun şəkildə əks etdirən bir məktəb yaradıb. Təzə yol və məktəb o deməkdir ki, İlyas Əfəndiyev dramaturgiyaya bir sənətkar kimi öz bədii-estetik prinsiplərini, mövzular aləmini, təkrarsız obrazlarını gətirir və bütün bunları teatrda reallaşdıra bilir. Son 30-35 ilin teatrı İlyas Əfəndiyevin pyesləri olmadan tamimilə müflis görünərdi. Hamı bu yekdil fikirdədir ki, İlyas müəllimin pyesləri bizim milli teatrın inkişafının bütün istiqamətlərinə öz fəal təsirini göstərib, mərhum rejissorumuz Tofiq Kazımov məhz İlyas Əfəndiyevin pyesləri ilə rejissura sənətində lirik-psixoloji təmayülü təsbit edə bildi. Həsən Turabov, Amalya Pənahova, Şəfiqə Məmmədova, Səməndər Rzayev, Fuad Poladov... daha sonralar Firəngiz Mütəllibova, Bəsti Cəfərova kimi gözəl sənətkarlarımız onun pyeslərində oynadıqları rollarla məşhurlaşdılar. Mərahim Fərzəlibəyov kimi istedadlı rejissor da İlyas müəllimin pyesləri ilə məşhurlaşdı."

 

Vaqif Yusifli

("525-ci qəzet", 23 noyabr 1999.)

 

*   *   *

 

Qəzet İlyas Əfəndiyevin anadan olmasının 85 illiyini xüsusi səhifə ilə qeyd etmişdir.

Səhifədə Süleyman Rəhimovun, Bəxtiyar Vahabzadənin, Amalya Pənahovanın vaxtıyla İlyas Əfəndiyev haqqında söylədiyi fikirlər, o cümlədən Nazim Hikmətin Azərbaycan ədəbiyyatı ilə bağlı aşağıdakı məşhur fikri dərc edilmişdir:

"... Süleyman Rüstəmlə Səməd Vurğunun, Rəsul Rzanın arasında kökün dərinliklərə yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür."

Səhifədə eyni zamanda İlyas Əfəndiyin ədəbiyyat və sənət haqqında fikirləri də öz əksini tapmışdır.

Rejissor Mərahim Fərzəlibəyov "Mən səni görürəm" adlı essesində yazır:

"Əziz müəllimim, mənəvi həyatımda ata dəyanəti ilə uzun illər mənə arxa, dayaq olan böyük insan -- İlyas Əfəndiyev! Əbədiyyət onun soy adı, mənəvi dünyasının əsas amallarından biri idi. O sağlığında ədəbi-klassik əsərlər yaratmış və əbədiyyət zirvəsinə qalxmışdı. Sağlığında bu zirvəni kəşf etmək, ağ örtüklü uca dağların qoynunda uzun illər ləyaqətlə dayanmaq hər bir yazıçıya nəsib olmur..."

Yazıçının ilk mətbu hekayəsi "Berlində bir gecə" adlanır və 26 yanvar 1939-cu ildə "Ədəbiyyat qəzeti"ndə çap olunmuşdur. İlyas Əfəndiyev yaradıcılığının tədqiqatçısı Əmin Əfəndiyev "Yazıçının ilk hekayəsi" adlı tədqiqatında həmin hekayəni  oxuculara yenidən təqdim edir. Ə.Əfəndiyev yazır:

"Berlində bir gecə" hekayəsi haqqında mən 1985-ci ildə Azərnəşrdə çap etdirdiyim "İlyas Əfəndiyev" adlı biblioqrafik göstəricidə məlumat vermişdim. İlyas müəllim telefonla məni təbrik edərkən aramızda belə bir söhbət olmuşdu: "Biblioqrafik kitabı səhifələdim. Çox sağ ol! Böyük iş görmüsən. Görüşməyimiz pis olmazdı." Vədələşdik və iki gündən sonra yazıçının iş otağında görüşdük. Ümumi tanışlıqdan sonra ilk hekayəsi haqqında söhbət etdik. Yazıçı:

- Mən sənin keçən il çapdan çıxmış "Azərbaycanın laureat yazıçıları" kitabında mənim haqqımda olan bölməyə də baxmışam. Görünür, mənim yaradıcılığımı məndən də yaxşı bilirsən,- deyə zarafat etdi,- o dediyin ilk hekayə isə yadımda deyil. Üzünü köçürt, Elçinə ver. Mən də baxaram."

60 ildən sonra həmin hekayə həmin qəzetdə yenidən çap edilmişdir.

 

("Ədəbiyyat qəzeti", 26 noyabr 1999.)

 

*   *   *

 

"Əsrin ikinci hissəsində İlyas Əfəndiyev, R.Rza, M.İbrahimov, S.Rəhman və digər yazıçıların qəhrəmanları Leyla Bədirbəylinin ifasında parlaq səhnə təcəssümünü tapmışdır."

 

Adilə Qocayeva

("İki sahil" qəzeti, 26 noyabr 1999.)

 

                                              

 


Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011